Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seyidoba
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisinin sayı 1133 nəfərdir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Şatıroba
Şatıroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman türklərdən ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Hazırda kəndin əhalisi 1740 nəfərdir. Tədqiqatçaların bir qismi oykonimi "çörəkçilər kəndi" kimi izah edilir. Bəzi tədqiqatçılar kəndin adını əslində şatoba olub, "əri oba" mənasını verdiyini deyir. Kəndin Türkoba adlanan sovetliyə daxil olması və Sovetlikdə Türkoba və şatıroba adlı iki kəndin olması onu göstərir ki, oykonimin birinci hissəsi şatır tayfa adı ilə bağlıdır. Kənddə Şatıroba kənd məscidi dini icması fəaliyyət göstərir.
Şıxoba
Şıxoba — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Aurel Stodola
Aurel Stodola (slovak. Aurel Stodola; 10 may 1859, Liptovski Mikulaş, Macarıstan krallığı – 25 dekabr 1942, Sürix) — slovak mühəndis, fizik və ixtiraçı. Texniki termodinamika və tətbiq sahəsində pioner idi və 1903-cü ildə “Die Dampfturbine” (azərb. Buxar turbini‎) adlı kitabı nəşr etdi. Turbin dizaynı ilə məşğul olan termodinamik məsələlərə əlavə olaraq, kitabda maye axınının, titrəyişin, plitələrin, qabıqların və fırlanan disklərin və stressin konsentrasiyalarının deşiklər və filetlərdə analizindən bəhs olunurdu. 1892-ci ildə Stodola Enerji Çevrilməsi Laboratoriyasını qurmuşdur. == Həyatı == 1877-ci ildə Budapeşt Politexnik Məktəbində, sonra isə 1878-ci ildə Zürih Politexnik İnstitutunda maşınqayırma fakültəsini oxudu, 1881-ci ildə fərqlənmə diplomunu aldı. Məzuniyyətdən sonra atasının emalatxanasında çıxan yanğında məhv olmuş məhsulu bərpa etməyə kömək etdi. 1884-1892-ci illərdə Praqadakı Ruston mühəndis zavodunda çalışmışdır. Stodola, İsveçrənin Politexnik İnstitutunda maşınqayırma üzrə professor olmuşdur.