Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suduroba
Suduroba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Suduroba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 308 nəfər əhali yaşayır.
Mariya Sidorova
Mariya Sidorova (d. 22 noyabr 1979) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Mariya Sidorova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Mariya Sidorova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Olqa Suvorova
Olqa Suvorova (14 iyun 1906) — (ölüm tarixi bilinmir) — SSRİ kimyaçı alimi, kimya elmləri doktoru (1963), professor (1970), SSRİ Dövlət mükafatı laureatı (1950). Olqa Suvorova 14 iyun 1906-cı ildə Voloqda anadan olmuşdur. 1933-cü ildə A.İ. Hersen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun əsas kursunu bitirmişdir. Elə həmin universitetdə Sovet kimyaçı-metodisti Vadim Verxovskinin rəhbərliyi altında dissertasiya işini müdafiə etmişdir. 1937-dən 1969-cu ilə qədər Abay adına Qazaxıstan Pedaqoji İnstitutunun Kimya kafedrasının rəhbəri olmuşdur. Onun 30 illik rəhbərliyi altında şöbə kimya tədris və tədqiqat məsələlərində inkişafa nail olmuşdur. Olga Suvorovanın fəaliyyəti - (müəllif) "Kimyanın tədrisi ilə həmin dövrdə kimya elminin və sənayenin sosialist quruluşunda təcrübəsi və vəzifələri arasındakı əlaqə" tədris vəsaitləri (1940), "kimyaya görə iş və vəzifələr" (həmmüəllif) (1941). Bu əsərlərdə kimyəvi problemlərin həlli üsulları və metodları, qaz və digər maddələrin bir-birindən ayrılması, onların tədris prosesində istifadəsi, o zaman kimya elminin və sənayesinin naliyyətlərinin praktiki fəaliyyətinə dair laboratoriya təcrübələrinin metodologiyası və üsulu təsvir edilmişdir. Qazaxıstan Pedaqoji İnstitutunun Kimya fakultəsi Olga Suvorovanın rəhbərliyi altında İ. N. Nuqumav, A. F. Seydcanov, S. N. Musabəyov, A.Mirzabaev, B. N. Almaşev, K. A. Nurumbetov və digərləri kimi tələbələr yetişdirmişdir. Tədris və metodik tədqiqatlar arasında iki əsas sahə fərqlənirdi: disiplinlər arası əlaqələr və kimya tədrisinin didaktik əsasları.