Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.