Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrey Stadnik
Andrey Vladimiroviç Stadnik (d. 15 aprel 1982) — Ukraynanı təmsil edən sərbəst güləşçi. Andrey Stadnik Ukraynanı 2008 Pekin Olimpiadasında təmsil etdi və gümüş medal qazandı. == Həyatı == Andrey Stadnik 15 aprel 1982-ci ildə anadan olub. Andrey Stadnikin bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir. Andrey Stadnik 2007-ci il 25 dekabrda Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurdu; İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var. == Karyerası == Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala gədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi.
Mariya Stadnik
Mariya Vasili qızı Stadnik (ukr. Марiя Василiвна Стадник; qızlıq soyadı Стаднiк; 3 iyun 1988, Lvov) — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idmanı tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri. Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik, 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İço və Saori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir. Mariya Stadnik güləş üzrə Dünya Çempionatlarında isə altı dəfə medallara sahib olub. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Nur-Sultanda Dünya Çempionatının qalibi olan Mariya Stadnik, üç dəfə — 2011, 2015 və 2018-ci illərdə final görüşlərində məğlub olaraq turnirin gümüş medallarını qazanıb.
Şuşanik Kurqinyan
Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876, Gümrü, Rusiya imperiyası – 24 noyabr 1927[…], İrəvan, Ermənistan SSR, SSRİ[…]) — erməni şairəsi. Erməni feminist və proletar ədəbiyyatının banilərindən biri. == Bioqrafiya == Şuşanik Popolyan 1876-cı il avqustun 18-də Aleksandropolda (indiki Gümrü) usta ailəsində anadan olmuşdur. Yerli bir monastırda qızlar üçün ibtidai məktəbdə təhsil alır, rus gimnaziyasında oxuyur. 21 yaşında atasının dükanında işləyən Arşak Kurqinyanla evlənir. 1903-cü ildə əri ilə birlikdə Naxçıvan-na-Donuya köçür və Arşak burada öz mağazasını açır. 1905-ci il inqilabını böyük ruh yüksəkliyi ilə qarşılanır, fəhlə sinfinin mübarizəsini dəstəklənir. 1920-ci ildə Vladiqafqaza köçür və burada S. Şaumyan adına Erməni işçi klubunu təsis edir. 1921-ci ildə Gümrüyə qayıdır.