Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konsul-suffekt
Konsul — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510-509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367-366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Roma – bilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu. == Həyatı == Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur.Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.