Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.