Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Şirşova silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Şirşov gölü
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Harli adasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın şimalında Astronomik burnunun yaxınlığında yerləşir. Gölə buzlaqdan axar tökülür. Ondan isə bir axar dənizlə birləşir. Göl yaxınlığında rəsədxana vardır. Professor Pyotr Şirşovun şərəfinə adlandırılmışdır.
Şirşov silsiləsi