Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Simsia
Simsia (lat. Simsia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Sisian
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
SİRİZA
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sırsıra
Sırsıra — hamar buz layı şəklində döşənmə yollarda və s. görünən yağıntılara deyilir. Sırsıra qırova nisbətən daha ağır olduğundan ağaclara daha çox zərər verir.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Nissa:The Plant List saytında takson barədə məlumat.
Süssa
Süssa (fr. Sussat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03276. 2008-ci ildə əhalinin sayı 103 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər arasında (15-64 yaş) 46 nəfər İqtisadi cəhətdən fəal, 21 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 76.4%). Fəal olan 46 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 6 nəfər işsiz (5 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Sinis
Sinis və ya Sinid ( q.yun. Σίνις ) — yunan mifologiyasında Polipemon və Sileyin oğlu. Onun Pitiokamp ləqəbi var idi. Periquna adlı bir qızı var idi.
Emilia sinica
Fumio Kişida
Fumio Kişida (29 iyul 1957[…], Şibuya) — Yaponiyanın Baş Naziri, Liberal Demokrat Partiyasının (LDP) sədri.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir. Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q.
Mimosa sirissa
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Mişima (şəhər)
Mişima (三島市, Mimisa-şi) — Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 62,13 km² , əhalisi 164 792 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 1782,68 nəfər. Mişima şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Numacu, Susono şəhərləri və Kannami, Simicu, Naqaicumi, Hakone qəsəbələri ilə həmsərhəddir . Şəhərin əhalisi 110 758 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .
Salvia sinica
Salvia sinica (lat. Salvia sinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sanae Mişima
Sanae Mişima (d. 3 may 1957) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Simiya adası
Simiya adası (ing. Shemya; aleut. Самияҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. 2000-ci il məlumatına görə adada 27 nəfər yaşayır. Adanın sahəsi 15,289 km²-dir. Ada Ankoricdən 1900 km aralıda yerləşir. Ada 4,49 km uzunluğa və 6,95 km enə malikdir. Vitus Berinq tərəfindən 1741-ci ildə xristian tarixində müqədəs sayılan günə əsasən adlandırılır. 1762-ci ildə ada sahillərinə yaxın ərazidə ruslara aid gəmi qəzaya uğrayır.
Sisian (şəhər)
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur.
Sisian rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Sisiyan rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.