Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Tağar
Tağar — çəki ölçü vahidi. Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV–XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240–600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Akar
Ersin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
III Bakar
III Bakar (7 aprel 1699 – 1 fevral 1750, Moskva) — Kartli çarı. VI Vaxtanqın oğlu. 1716–1719-cu illər arası atasının yerinə hökmdarlıq etmişdi. 1717-ci ildə Şah Sultan Hüseyn Səfəvi tərəfindən ona tac və qılınc göndərilmişdi. Həmin il müsəlman olaraq Şahnəvaz adını aldı və Azərbaycan general-qubernatorluğuna gətirildi. Osmanlı ordusunun işğalından sonra 1724-cü ilin iyulunda Rusiyaya köçmüşdü. 1743-cü ildə Moskvada gürcü dilində İncil çap etdirmişdi. Bakar Vaxtanqoviç Qruzinski kimi də tanınırdı. 1750-ci ildə Moskvada vəfat etdi.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. == Həyatı == Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Makar adası
Makar adası — Laptevlər dənizində, Yana çayının deltasında yerləşir. Sahildən 30 km aralıda yerləşir. Ən yaxın quru parçası Şelonskiye adalarıdır (21 km). İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qazdərə (Takab)
Qazdərə (fars. گزدره‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).