Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Qordon Tallok
Qordon Tallok (ing. Gordon Tullock; 13 fevral 1922 – 3 noyabr 2014, De-moyn) — amerikalı iqtisadçı. Çikaqo Universitetində hüquq elmləri doktoru dərəcəsini almışdır (1947). Virciniya Politexnik İnstitutunda (1968–1983), Corc Meyson Universitetində (1983–1987) işləyib. Arizona Universitetində İqtisadiyyat və Siyasi Elmlər professoru (1987-ci ildən). Yeni siyasi iqtisad məktəbinin banilərindən biri. "İctimai Seçim" Cəmiyyətinin prezidenti (1965). Adam Smit mükafatı laureatı (1993). Tullock G. The Politics of Bureaucracy — Washington: Public Affairs Press, 1965. 228 p.
Taylor Swift (albom)
Taylor Swift — amerikalı müğənni Teylor Sviftin ilk studiya albomu. 24 oktyabr 2006-cı ildə Big Machine Records tərəfindən buraxılıb.
Fallos
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tallium
Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispanaqda, fıstıq oduncağında, üzümdə, çuğundurda və digər bitkilərdə aşkar edilmişdir. Bəzi bitkilər həyat fəaliyyətlərində talliumu akkumuliyasiya edirlər. Heyvanlardan meduzalar, aktinilər, dəniz ulduzları və dənizlərin digər canlılarında daha çox olur. Məməlilərdə tallium mədə-bağırsaq traktından yaxşı sorulur, başlıca olaraq dalaqda və əzələlərdə toplanır. Tallium insan orqanizminə qida vasitəsilə daxil olur. İnsan orqanizminə sutka ərzində qida və su ilə talliumun daxil olan miqdarı 1,6 mkq, hava ilə 0,05 mkq-dır. Tallium qanda, sümüklərdə, saçlarda, dırnaqlarda, dişlərin minalarında, aşkar edilmişdir. O, böyrəklərdə, əzələlərdə, endokrin sistemi vəzlərində və xayalarda toplana bilir.
Talçum
Talçum ( Koreya dilində 탈춤) — maska ilə təqlidi, hekayə danışaraq bəzən də mahnı oxuyaraq edilən Koreyanın milli rəqsi kimi xarakterizə olunur.Hər nə qədər talçum koreyalılar tərəfindən əsasən bütün maskalı rəqs tamaşalarını adlandırmaq üçün istifadə olunsa da, ilk vaxtlar sadəcə indiki Şimali Koreyanın Hvanqhe əyalətinin rəqslərini adlandırmaq üçün istifadə olunan regional termin idi. Hvanqhe əyalətindən Heso talçumu, Seul və ya Kyonqqi əyalətindən Sande nori, Naqdoq Çay ərazilərindən Oqvanqde nori və Deul nori, Cənub sahili ərazilərindən beş tanrının rəqsi mənasına gələn Obanqsincanq, Hamkyonq əyalətindən isə Sacatal nori daxil olmaqla, Koreyanın ecazkar maska rəqsləri bütün dünyada tanınır. Ancaq talçum günümüzdə maskalı rəqs tamaşalarını adlandırmaq üçün ümumi termin olaraq qəbul edilir. Koreyanın maskalı rəqs tamaşaları sadəcə maska taxmış rəqqaslar tərəfindən ifa edilən rəqs deyil, eyni zamanda maskalar vasitəsilə insanları, heyvanları və bəzən fövqəltəbii varlıqları təsvir edən əhəmiyyətli dramatik məzmundur. Maska rəqsi gizlədilmiş arzu və istəklərin qorxu və utanc olmadan nümayiş olunduğu bir tamaşadır. Bu tamaşalarda aşağı təbəqənin savadlı, Konfutsiçilik təlimini üstün tutan yanqbanlara (yüksək təbəqə) qarşı hiss etdikləri məyusluğu, sadə xalqın gündəlik həyatını, rahiblərin öz vəzifələrinə uyğun davranmaması və kişilərin köhnə arvadlarını tərk etməsi kimi sosial problemləri əks etdirir. Obrazlar hakim sinfin ikiüzlülüyünü və ağılsızlığını ələ salır, yeni bir dünya və daha yaxşı bir gələcək üçün dua edirlər. "Tal" bir çox koreyalı tərəfindən də səhvən Koreya dilində maska olaraq bilinir.Ancaq həqiqətdə tal bir şeydən özünü xilas və azad etmək üçün istifadə olunan Çin Heroqlifləridir. Qədim koreyalılar üçün tal, tanrıların müqəddəs bir simvolu idi. Bu səbəbdən xüsusilə dəyərli idi və ona ibadət olunurdu, amma bütün bunlara baxmayaraq, həmişə yaşayış məntəqələrindən uzaq məsafələrdə saxlanılırdı.
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Tylloma
Chaetanthera (lat. Chaetanthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Albom
Albom bu mənaları ifadə edə bilər:
Tablo
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. == Həyatı == Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Gallop (studiya)
Gallop Co., Ltd (株式会社ぎゃろっぷ, Kabuşiki qayşa Gyaroppu) — Studio Gallop (スタジオぎゃろっぷ, Sutajio Gyaroppu) kimi də tanınan, 1978-ci ilin dekabr ayında təsis edilən Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Touch (1985–1987) High School! Kimengumi (1985–1987) The Three Musketeers Anime (1987–1989) Kiteretsu Daihyakka (1988–1996) Gaki Deka (1989–1990) Miracle Giants Dome-kun (1989–1990) Tanken Gobrin Shima (1990–1991) Genji Tsūshin Agedama (1991–1992) Chikyū SOS Soreike Kororin (1992–1993) Hime-chan's Ribbon (1992–1993) Akazukin Chacha (1994–1995) Kochira Katsushika-ku Kamearikouen-mae Hashutsujo (1996–2008) Kodomo no Omocha (1996–1998) Rurouni Kenshin: Meiji Swordsman Romantic Story (1996–1997) Anime TV de Hakken! Tamagotchi (1997–1998) Initial D (1998) Ojarumaru (1998-ongoing) Transformers: Car Robots (2000) Yu-Gi-Oh! Duel Monsters (2000–2004) Bakuten Shoot Bayblade (2001–2003) Forza! Hidemaru (2002) Bomberman Jetters (2002–2003) Legendz Yomigaeru Ryuuou Densetsu (2004–2005) Morizo to Kikkoro (2004–2005) Yu-Gi-Oh! Duel Monsters GX (2004–2008) Animal Yokochō (2005–2006) Eyeshield 21 (2005–2008) Hataraki Man (2006) Yu-Gi-Oh! 5D's (2008–2011) Mainichi Kaasan (2009–2012) Yu-Gi-Oh! Zexal (2011–2014) Lady Jewelpet (2014–2015) Majin Bone (2014–2015) Yu-Gi-Oh! Arc-V (2014–2017) Jewelpet: Magical Chance (2015–2016) Yu-Gi-Oh!
Giş-qallop
Giş-qallop (ing. Gish gallop, /ˈɡɪʃ ˈɡælʌp/) — mübahisədə olan şəxsin bu arqumentlərin düzgünlüyünə və ya gücünə əhəmiyyət vermədən həddindən artıq sayda arqument təqdim edərək rəqibini alt-üst etməyə çalışdığı ritorik texnika. Əslində, bu, qeyd olunan arqumentlərin keyfiyyəti hesabına öz arqumentlərinin kəmiyyətinə üstünlük verməkdir. Bu termin 1994-cü ildə antropoloq Yucini Skott tərəfindən irəli sürülmüşdür. O, bunu ABŞ kreatsionisti Dueyn Gişin şərəfinə adlandırmışdır və Gişin təkamülün elmi həqiqətinə etiraz edərkən bu texnikadan tez-tez istifadə etdiyini iddia etmişdir. Bu, yayılma adlanan başqa bir müzakirə üsuluna bənzəyir. Burada bir nəfər son dərəcə sürətli danışaraq rəqibinin qaldırılan bütün dəlillərə cavab verməməsinə səbəb olur. Ümumiyyətlə, Giş-qallopu strukturlaşdırılmış müzakirədə istifadə etmək daha çətindir, nəinki sərbəst formada olandan. Mübahisəçi Giş-qallopdan istifadə edən bir rəqibin bu xüsusiyyətini tanıyırsa, onun Giş-qallopa başlamaq fürsətindən əvvəl rəqibin tez-tez istifadə olunan arqumentlərin qabaqcadan qarşısını almaq və onları təkzib etməklə bu texnikaya qarşı çıxmaq olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Grant, John.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 27 oktyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Marsiyak-Vallon
Marsiyak-Vallon (fr. Marcillac-Vallon, oks. Marcilhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12138. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1680 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 917 nəfər (15-64 yaş arasında) arasında 696 nəfər iqtisadi cəhətdən fəal, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 74.2%).
Mil qallon
Mil qallon (ing. Miles per gallon, MPG) - Şimali Amerika və Böyük Britaniyada istifadə edilən ölçü vahididir. Nəqliyyat vasitəsinin 1 qallon yanacaqla neçə mil məsafə qət edə biləcəyini ifadə edir. ABŞ-də 1 qallon 3,785, Böyük Britaniyada isə 4,546 litrə bərabərdir. 1 mil hər iki ölkədə eynidir və metrik ölçü sistemində 1 609 metrə bərabərdir.
Məhəmməd Kallon
Məhəmməd Kallon (5 oktyabr 1979) — Syerra Leone futbolçusu. Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, Cenoa və Kalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək Reccina və Viçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK Afina və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.