Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.