Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teokratiya
Teokratiya (q.yun. θεός — Tanrı və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem. == Müasir teokratiya elementli dövlətlər == === İslam dövlətləri === Şəriəti siyasi institutların əsası kimi qəbul edən Səudiyyə Ərəbistanı və İran klassik formada teokratik dövlətlər sayılırlar. İran eyni zamanda "teokratik respublika" da sayıla bilər. Çünki siyasi sistem islam dini üzərində qurulub. Yaxın Şərq dövlətlərinin əksəriyyətinin hüquq sistemi islam dininin təsiri altındadır. Türkiyə, İndoneziya, Banqladeş və Pakistan daxili həyatda dinin ciddi təsirinə baxmayaraq dünyəvi qanunlarla idarə olunur. İsrail, Hindistan və Filippin qanunlarına görə şəriəti qəbul edənlər üçün o rəsmi qanun sayılır. Şəriət qanunlarının Sudan, Nigeriya, Əfqanıstan, Liviya və digər ölkələrdə də cəmiyyətə və dövlətə təsiri güclüdür.
Geokratik dövrlər
Geokratik dövrlər – (rus. геоkратические периоды, ing. geocratic periods) (yun. «qe» yer, quru və kratos-qüvvə, hakimiyyət) – Yerin tarixində quru sahəsinin kifayət qədər genişləndiyi dövr. Adətən Geokratik dövrlər qalxmalar nəticəsində yer səthinin müəyyən sahələrinin dənizdən azad olmasına səbəb olan tektonik sikllərin ikinci yarısına uyğun gəlir. Talassokratik dövrlərin əksinədir.
Geokratik hərəkətlər
Geokratik hərəkətlər – (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.