Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Testosteron
Testosteron — androgen qrupundan olan steroid hormonu. Məməlilərdə testosteron ilkin olaraq, erkəklərdə xayalarda, dişilərdə yumurtalıqlarda, həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Erkək cinsiyyət hormonudur. Sağlamlıq, enerji, libido, immun sistemi ilə və osteoparoz ilə yaxından bağlıdır. Yetkin kişinin qanındakı miqdarı yetkin qadındakinin 40-60 qatı qədər ola bilər. Ancaq qadınlar davranış baxımından (anatomik və ya bioloji baxımdan deyil) bu hormona qarşı çox daha həssas olurlar. Kişilərdə saçların tökülməsinə səbəb ola bilər. Qadınlarda eritrositlərin sayısının kişilərə nisbətən daha aşağı olmasının səbəblərindən biri də testosteronun miqdarıdır. Bəzi idmançıların, xüsusilə də bodibilderlərin testosteronu xarici dopinq maddəsi kimi istifadə etdikləri məlumdur. Bunun səbəbi testosteronun əzələləri daha tez inkişaf etdirməsi və ya idmançının normal üsullarla əldə edə bilməyəci gücə çatmasına olan inancdır.