Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Damir Atikoviç
Damir Atikoviç (17 fevral 1971) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. Damir Atikoviç Xorvatiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Tikotin Yapon İncəsənəti Muzeyi
Tokotin Yapon İncəsənəti Muzeyi (ivr. ‏מוזיאון טיקוטין לאמנות יפנית‏‎) – İsrailin Hayfa şəhərində, Karmel dağının təpəsində yerləşən yapon incəsənəti muzeyi. Orta Şərqdə yapon incəsənətinə həsr olunmuş yeganə muzeydir. Muzey 1960-cı ildə kolleksiyaçı Feliks Tikotin və Hayfa şəhərinin meri Abba Huşi tərəfindən yaradılmışdır. Feliks Tikotin yapon incəsənətinin kolleksiyaçısı olan yəhudi olmuşdur. O, topladığı kolleksiyalarla bir çox muzeydə yapon incəsənəti sərgiləri təşkil etmişdir. İkinci dünya müharibəsi zamanı nasistlərdən qaçmış və kolleksiyasını Niderlandda gizlətmişdir. Müharibədən sonra kolleksiyasını İsrailə gətirməyə qərar vermiş və 1956-cı ildə İsrailə gələrək kolleksiyasını muzeylərindən birinə bağışlamışdır. Hayfa şəhərini ziyarət edərkən şəhərin meri Abba Huşi ilə görüşmüş və Hayfada yapon incəsənəti muzeyi qurmaq qərarına gəlmişdir. Tikotin Niderland, Belçika, Fransa, İngiltərə və Yaponiyaya səyahət edərək ideyası üçün dəstək axtarmışdır.