Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tireotoksikoz
Hipertireoz (Tireotoksikoz) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
Tireotoksik böhran
Tireotoksik böhran — Tireotoksik böhran diffuz toksik zobun cərrahi müalicəsindən sonra baş verən həyat üçün təhlükəli ağırlaşmalardandır. Müasir şəraitdə ixtisaslaşmış cərrahi klinikalarda xəstələrin əməliyyatdan əvvəl adekvat hazırlanması tireotoksik böhranın əmələgəlmə tezliyini kəskin azaltmışdır.