Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akakiy Vasadze
Vasadze Akaki Alekseyeviç (gürc. ვასაძე, აკაკი; 1899 — 1978) — sovet gürcü aktyorudur, teatr rejissoru, pedaqoq. SSRİ-in Xalq artisti (1936) üç dəfə Stalin mükafatı (1942, 1946, 1951)laureatı. == Tərcümeyi-hal == 1899-cu il 25 iyulda Kutaisidə (hal-hazırkı Gürcüstanda) doğuldu. 1909 — 1918 ci illərdə Kutaisi zadəgan gimnaziyasında oxudu. 1917 — 1918 ci illərdə Kutaisi teatrında rəssam-dekorator işləyirdi və eyni yerdə ilk dəfə səhnədə çıxış etməyə başladı. 1918 — 1920 ci illərdə Q. Djabadari adına Tbilisi dramatik studiyasında və eyni zamanda Tiflis universiteti nin tarix fakultəsində oxuyurdu. 1920 — 1921 ci illərdə — Tbilisi dövlət dramının aktyorudur. 1921 ci ilin Yanvar — mart aylarında Batumi də Aspindzada batalyonun əsgəri1921 ci ilin mart-avqustu Batumi şəhər teatrının aktyorudur. 1921 ci ildən 1958 ci ilə qədər — Şota Rustavelinin adına Gürcü dövlət akademik teatrının aktyordur (Tiflis) (1935 — 1942 ci illər teatrın bədii hissə müdiri , 1938— 1942 ci illər teatr direktoru, 1948 — 1955 ci illər teatrın əsas rejissoru).
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib.U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılanlardan biri oldu. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb.
Sərtan Taşkın