Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takaçiho dərəsi
Takaçiho dərəsi (高千穂峡) – Yaponiyanın Miyazaki prefekturasının şimal-qərbində, Takaçiho qəsəbəsi yaxınlığında yerləşən V-şəkilli dərə. Gözəl təbiətinə görə turistlərin diqqətini çəkir. Dərə 100.000 il əvvəl Aso dağının püskürməsi nəticəsində yaranıb. Dərənin ortasında Qokase çayı axır. Dərənin divarları lava sütunlarından ibarətdir. Ən dar yeri 3 metr, ən hündür 100 metr təşkil edir. Dərədə Manay şəlaləsi (17 metr) tökülür. Dərənin 600 metr uzunluğunda gəzinti cığırı var. Cığır Yapon azaliyası, sakura, visteriya kimi güllərlə bəzədilib. Takaçiho dərəsi 10 noyabr 1934-cü ildə Milli Mənzərə və Təbiət Abidəsi elan edilmişdir.
Takaaki Kacita
Takaaki Kajita(Yaponca:梶田 隆章 ) - 2015-ci ildə Nobel mükafatına layiq görülən yapon fiziki. Kamiokande labarotoriyasında neytrinlər haqqında ekspedisiyaları ilə məşhurdur. == Şəxsi həyatı == Kajita 1959-cu il martın 9-da Higaşimatsuyamada anadan olmuşdur. Həyat yoldaşı Miçiko isə Toyomada anadan olmuşdur. == Karyera == Kajita Saytama Univesitetində təhsil almış və 1981-ci ildə universitetin məzunu olmuşdur. O, 1986-cı ildə Tokio Universitetində işləyərkən doktorluq dərəcəsi almışdır.1988 -ci ildən Kosmik Radiasiya Tədqiqat İnstitutunda çalışmağa başlamışdır. 1992-ci ildə professor assistenti, 1999-cu ildə isə professor adını almışdır. 1999-cu ildə Kajita Kosmik Radiasiya Tədqiqat İnstitutunun Kosmik Neytrinlər mərkəzinin direktoru seçilmişdir. 2015-ci ildən isə Kosmik Radiasiya Tədqiqat İnstitutunun direktoru kimi fəaliyyət göstərir. == Mükafatları == 1989: Kamiokande eksperimentlərinə görə Bruno Rossi Mükafatına layiq görülmüşdür.
Tereza Komodini Kaçia
Tereza Komodini Kaçia (malta Therese Comodini Cachia; 23 fevral 1973, Attard[d]) — Maltalı hüquqşünas və siyasətçi, həmçinin Avropa Parlamentinin keçmiş üzvü. == Təhsil == Komodini Kaçia Malta Universitetində oxumuş və burada iki ali təhsil almışdır. O, 1997-ci ildə doktorluq dərəcəsini və 2012-ci ildə İnsan Hüquqları üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. == Peşəkar karyera == Teresa Komodini Kaçia insan hüquqları sahəsində çalışan ixtisasca hüquqşünasdır. O, 1997-ci ildən bəri müxtəlif səviyyələrdə Maltanın ən yüksək məhkəmələri, eləcə də Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında insan hüquqlarının pozulması qurbanlarını təmsil edib. Onun müştəriləri arasında fiziki şəxslər, kommersiya strukturları, dövlət qurumları, habelə qanunverici orqanlar var idi. Hüquq karyerasında o, Maltadakı bir sıra qeyri-hökumət təşkilatlarında, o cümlədən Malta Skaut Assosiasiyasında, Malta Qadın Təşkilatları Konfederasiyasında və Malta Psixi Sağlamlıq Assosiasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2008–2010-cu illər arasında o, Bərabərlik üzrə Milli Komissiyaya Avropa bərabərlik qanununun və direktivlərinin mahiyyəti ilə bağlı məsləhətlər verib, ayrı-seçkilik hallarının araşdırılmasında köməklik göstərib və bir sıra digər tədqiqat layihələrində köməklik edib. Komodini Kaçia hazırda Malta Universitetində İnsan Hüquqları üzrə dərs deyir. O, həmçinin universitetdə insan hüquqları və demokratikləşmə üzrə magistrlərin hazırlanmasını koordinasiya edir.