Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomokazu Tokoro
Tomokazu Tokoro (ところ ともかず, Tokoro Tomokazu) – Yaponiya anime rejissoru və animasiyaçısı. Ən tanınmış işləri "Haibane Renmei" və "Hellsing Ultimate" hesab olunur. "NieA 7", "Maria†Holic Alive" animelərinin rejissoru, "Macross Zero" animesinin köməkçi rejissoru olmuşdur. İşlədiyi digər layihələr arasında "Serial Experiments Lain", "Lupin III: $1 Money Wars" (Missed by a Dollar), "Lupin III: Walther P-38" (Island of Assassins), "Armitage III" (OVA), "White Album", "Space Fantasia 2001 Nights" və "The Seven Deadly Sins" var.
Yukiyoşi Tokoro
Yukiyoşi Tokoro (所ゆきよし, Tokoro Yukiyoşi, 15 aprel 1947, Naqoya – 16 sentyabr 2023, Tokio) və ya əsl adı ilə Yoşiyuki Katayama (片山 喜之, Katayama Yoşiyuki) – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir. Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır. Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu. Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir.