Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomahavk
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.