Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomris
Tomris (İran dilləriden Tahmirih, Cesur, Türkcə: Temir — "Dəmir"; e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər – e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər) — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Sakların şahzadəsi olan Tomris/Tomarisin adı Azərbaycanda günümüzə qədər istifadə olunan qadın adıdır. == Herodot Tomris barədə == Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Tommi
Tommi — ad. Tommi Li Volles — ABŞ kinorejisoru. Tommi Versetti — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz. Tommi Şeridan — Həmrəylik partiyasının lideri və sosialist. Tommi Li Cons — Amerika aktyor və rejissoru. Tommi Qann — Amerika porno aktyoru.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Tomris (ad)
Tomris — qadın adı. Tomris — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Tomris Azəri — Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris İncer — Türkiyə aktrisası.
Tomris (dəqiqləşdirmə)
Tomris (film, 2019)
Tomris Uyar
Tomris Uyar (15 mart 1941, İstanbul – 4 iyul 2003, İstanbul) — türk yazıçı və tərcüməçi. == Həyatı == Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda iki vəkilin qızı və Cümhuriyyət Xalq Partiyasının siyasətçisi Süleyman Sırrı Gedikin nəvəsi olaraq dünyaya gəlmişdir. İngilis Qızlar Orta Məktəbi və Arnavutköy Amerika Qızlar Kollecində təhsil almışdır (1961). 1963-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika İnstitutunu bitirib. Camal Sürəya və Ülkü Tamerlə birlikdə "Papirus" jurnalının yaradıcılarından olan Uyar "Yeni Dergi", "Soyut", "Varlıq" kimi jurnallarda esse, tənqid və kitab təqdimatlarını dərc edib. 60-dan çox dildə tərcüməsi çap olunan Uyarın gündəlikləri "Gündökümü" ümumi adı ilə nəşr olunmuşdur. Virciniya Vulf, Edqar Allan Po, Xorxe Luis Borxes, Luis Kerroll, Antuan de Sent-Ekzüperi və Qabriel Qarsiya Markes kimi müəlliflərin əsərlərini türk dilinə tərcümə etmiş, qısa hekayələri 11 cilddən ibarət kitabda nəşr olunmuşdur. 2003-cü ildə qida borusu xərçəngindən vəfat edən yazıçının məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir. == Mükafatları == 1975-ci ildə həyat yoldaşı Turqut Uyarla birlikdə Lukresinin təbii ensiklopediya "De rerum natura" (Evrenin yapısı, İstanbul 1974) tərcüməsinə görə Türk Dil Qurumunun mükafatını qazanmışdır. 1980 və 1987-ci illərdə Sait Faiq Hekayə Ərmağanına layiq görülən iki türk yazıçıdan biri olub.
Tomris İncer
Tomris İncer (16 mart 1946 və ya 16 mart 1948, Bolqarıstan – 5 oktyabr 2015, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Tomris İncer 1948-ci il martın 16-da Bolqarıstanda doğulub. 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. Türkiyənin film və seriallarında rol alan Tomris İncer Azərbaycan tamaşaçılarına "Mahmud və Məryəm" filmindən yaxşı tanışdır. 5 oktyabr 2015-ci ildə Türkiyənin İstanbul şəhərində, 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. == Tarixi == Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". == Gözləntilər == Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar == İstifadəsi == 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib. == Buraxılışı == Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Mayk Tomlin
Michael Pettaway Tomlin (15 mart 1972, Hampton[d], Virciniya) — Milli Futbol Liqasında (NFL) Pittsburgh Steelers komandasının baş məşqçisi olan Amerika futbol məşqçisidir. 2007-ci ildə Steelers-ə qoşulduqdan sonra o, komandanı on pley-off qaçışına, yeddi divizion tituluna, üç AFC Çempionatı Oyununa, iki Super Bowl oyununa və Super Bowl XLIII tituluna çıxardı. 36 yaşında Tomlin Super Bowl-u qazanan ən gənc baş məşqçi oldu, bu rekord daha sonra Super Bowl LVI -da Sean McVey tərəfindən qırıldı. Onun heç vaxt məğlub olduğu mövsüm olmayıb.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947, Detroyt, Miçiqan) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. == Həyatı == Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Nemanja Tomić
Nemanya Tomiç
Nemanja Tomiç (Serb dili: Немања Томић, 21 yanvar 1988, Kragujevac, Serbiya) — Serbiya futbolçusudur. Türkiyənin Gənclərbirliyi klubunda orta səhədə oynamaqdadır.
Senecio tonii
Senecio tonii (lat. Senecio tonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tommi Lapid
Yozef "Tommi" Lapid (ivr. ‏יוסף "טומי" לפיד‏‎; 27 dekabr 1931[…], Novi Sad[d], Yuqoslaviya krallığı – 1 iyun 2008[…], Tel-Əviv) — serb əsilli İsrail radio və televiziya aparıcısı, dramaturq, jurnalist, siyasətçi və hökumət naziri idi. Lapid 1999-cu ildən 2006-cı ilə qədər dünyəvi-liberal Şinuy partiyasına rəhbərlik etmişdir. O, ultra-ortodoksal siyasi partiyalara qarşı sərt şəkildə qarşı çıxır və hər hansı bir dini riayətin İsrail Dövlətinin qanuni quruluşundan kənarlaşdırılmasına çalışırdı.
Tommi Qann
[mənbə göstərin] Tommi Qann (ing. Tommy Gunn; 13 may 1967) — Amerika porno aktyoru.
Tommi Teylor
Tomas Teylor (ing. Thomas Taylor; 29 yanvar 1932, Barnsli[d], Yorkşir və Hamber[d] – 6 fevral 1958, Münxen), daha çox Tommi Teylor kimi tanınır ― hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. "Barnsli" və "Mançester Yunayted" kimi ingilis klubların və İngiltərə milli futbol komandasının şərəfini qoruyub. Fiziki cəhətdən güclü və hündür boylu Teylor çoxlu qol vuran klassik Britaniya "mərkəz-forvardı" idi. "Yunayted"də o, Denis Vayollet ilə hücum duetini qurmuşdur. Alfredo Di Stefano onu "möhtəşəm" (isp. magnifico) kimi təsvir etmişdir. Teylor 1958-ci ildə baş verən Münhen aviasiya qəzasında "Mançester Yunayted"in ölən 8 oyunçudan biri idi. == Klub karyerası == Taylor işlədiyi yerli kömür mədəninin futbol komandasında oynamağa başladı. Tommi 16 yaşında olarkən "Barnsli" skautların diqqətini cəlb etmişdir və 1949-cu ilin iyul ayında Teylor klubla müqavilə imzaladı.
Tommi Versetti
Tomas Versetti (1951, Liberti Siti) — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz. == Həyatı == Tomas Versetti 1951-ci ildə Liberti Sitidə italyan əsilli ailənin oğlu olaraq dünyaya gəlmişdir. 1971-ci ildə Sonny Forelli tərəfindən Harvudda bir adamı öldürmək tapşırığı verildi. Tommi bütün planları qurub adamı öldürmək üçün Harvuda gedəndə birdən çox adamın onu gözlədiyini görüb və böyük münaqişə baş verib. Baş verən münaqişədə 11 nəfəri öldürən Tommi, Harvud qəssabı ləqəbi ilə həbsxanaya girdi. Tommi həbsdə olarkən Sonni rəqiblərinin çoxundan qurtula bildi. 1986-cı ildə Tommi həbsdən azad edildi. Sonny Forelli bilirdi ki, uzun müddət keçsə də, Tommi Versetti hələ də unudulmayıb. Tommi Versettinin Liberti Sitidə olması Forelli ailəsinə zərər verəcəkdi. Sonni Forellinin tapşırığı ilə Tommi Vans qardaşları ilə vacib bir narkotik mübadiləsi aparmaq üçün iki Forelli qanqsteri, Harri, Li və vəkil Ken Rosenberg ilə Vaysport Botyarda getdi.
Tommi Şeridan
Tommi Şeridan (ing. Tommy Sheridan; 7 mart 1964, Qlazqo) — Həmrəylik partiyasının lideri və sosialist. == Həyatı == === Siyasi fəaliyyəti === 2006-cı ildə Həmrəylik partiyasını yaradıb və o vaxtdan partiyanın lideridir.
Tommy Hilfiger
Tommy Hilfiger – amerikan dizayn və həmçinin brend geyim və ətriyyat firması. Şirkət 1985-ci ildə Nyu-Yorkda Tommi Hilfiger və dostu Fred Gerinq tərəfindən yaradılmış və təsis edilmişdi. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. Firma həmçinin optik və gün eynəkləri və bir sıra dəridən hazırlanmış məhsullar istehsal edir. Şirkət əməkdaşlarının sayı 5000 nəfərdən çoxdur.
Tommy Kirk
Tomas Lee Kirk (10 dekabr 1941, Luisvill, Kentukki – 28 sentyabr 2021, Las-Veqas, Nevada) ― Amerika səhnəsi, film və televiziya aktrisası. == Fimloqrafiyası == === Kino === 1957: Old Yeller 1959: The Shaggy Dog 1960: Swiss Family Robinson 1961: Babes in Toyland 1961: The Absent Minded Professor 1963: Savage Sam 1963: Son of Flubber 1964: Pajama Party 1964: The Misadventures of Merlin Jones 1965: The Monkey's Uncle 1965: Village of the Giants 1966: The Ghost in the Invisible Bikini 1966: Unkissed Bride 1967: Catalina Caper 1967: It's a Bikini World 1967: Track of Thunder 1967: Psycho à Go-Go 1971: Ride the Hot Wind 1975: My Name Is Legend === TV Seriyası === 1956: The Hardy Boys: The Mystery of the Applegate Treasure 1957: The Hardy Boys: The Mystery of the Ghost Farm 2018: Find Your Future Reality === televiziya filmləri === 1967: Mars Needs Women 1969: It's Alive! === video filmlər === 1988: Streets of Death 1997: Best Doggone Dog in the West: The Making of Walt Disney's 'Old Yeller' 2000: Club Dead 2002: 'Old Yeller': Remembering a Classic 2002: Swiss Family Robinson: Adventure in the Making 2006: The Hardy Boys Unmasked == İstinadlar == == Xarici keçidlər == Tommy Kirk — IMDb səhifəsi "Interview with the author of Tinker Belles and Evil Queens: The Walt Disney Company from the Inside Out". Salon. 2000-01-27. 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08. — mentions Kirk "Tommy Kirk". Disney Legends. profile.
Tommy Shelby
Tommy Shelby və ya Thomas Shelby BBC-nin Peaky Blinders seriyasındakı qondarma obrazı. İrlandiyalı aktyor Cillian Murphy serialda rol alan Tommy Shelby obrazını canlandırır. Rejissor Steven Knight, Tommy Shelby rolu üçün Murphy'yi seçdi. Xarakter Birminghamda yaşayan bir Roman ailəsindən olan Bir Dünya Müharibəsi qazisidir. 1919-cu ildə Shelby ilə tanış olduq və hekayə əsasən Qreys ilə romantikası və Müfəttiş Campbell ilə ziddiyyəti ətrafında cərəyan edir. Beş il sonra Grace ilə evlənir, lakin Qreys qısa müddət sonra toylarında öldürülür. Shelby'nin Alfie Solomons ilə münasibətləri Peaky Blinders-dəki bir çox hekayənin əsas elementlərindən biridir. Serialın baş qəhrəmanıdır. Başlanğıcda, Peaky Blinders adlı dəstənin lideri, qrupun ən böyüyü və qardaşı Arthur Shelby, sonrakı hissələrdə zirvədəki blinderin lideri olur, thomas shelby və dəstəsi isə mərc işi ilə məşğul olan bir ailədir. ilk mövsümdə, dəstə sonrakı mövsümlərdə Thomas'ın təsirli hərəkətləri ilə nəhəng bir imperiya quracaq.
Tonni Marinqqi
Tonni Marincci (10 iyun 1959 — 15 sentyabr 2019) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tonni Marincci İndoneziyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.