Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nonna
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Tonya
Tonya (türk. Tonya) — Trabzon ilinin ilçəsi.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Yonna
Yonna (fr. Yonne) — Fransanın şərqində yerləşən, Burqundiya-Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 89. İnzibati mərkəzi — Oser. Əhalisi — 353 366 nəfər (departamentlər arasında 68-ci yer, 2010-cu ilin məlumatları) Ərazisi — 7,427 km²-dir. Departamentin ərazisində Yonna çayı axır. Departamentə 3 rayon, 42 kanton və 454 kommun daxildir.. Yonna — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burqundiya əyalətinin ərazisində yerləşir. Adı Sona çayı olan Yonna axınından gəlir.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. == Həyatı == Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне; 24 aprel 1975, Zaporojya) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Leon Bonna
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib.
Lonna (kommuna)
Lonna (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Nonna Paçuaşvili
Nonna Paçuaşvili (2 yanvar 1943, Tbilisi) — gürcü aktrisası. Nona Paçuaşvili Tbilisi Teatr İnstutunu bitirmişdir. 1959-cu ildən Şota Rustavelli adına dram teatrının aktrisasıdır. Həyatı boyu sadəcə bir neçə filmə çəkilmişdir. Azərbaycan tamaşaçısının yaddaşında daha çox "Əhməd haradadır" filmində yaratdığı Ceyran obrazı ilə qalmışdır. 1981-ci ildən Gürcüstan SSRnin xalq artistidir. Gürcüstanda bir nazirin oğlu olan əri Tamazi "Əhməd haradadır?" filminin ilk çəkilişi vaxtı Bakıya gəlmişdir. Qaldıqları "İnturist" mehmanxanasında gecə vaxtı ərini maqnitofondan "tok" vurmuş və nəticədə Tamazi vəfat etmişdir. Əhməd haradadır?
Tolna (medye)
Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir. Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.
Tolna (rayon)
Tolna (mac. Tolna ) — Macarıstanın Tolna medyesində yerləşən rayon.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Tonni Marinqqi
Tonni Marincci (10 iyun 1959 — 15 sentyabr 2019) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. Tonni Marincci İndoneziyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tonqa bayrağı
Tonqa bayrağı — Tonqanın Dövlət bayrağı
Tonqa dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqa himni
Tonqa adaları kralının mahnısı (Tonqaca: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga)- Tonqanın dövlət himnidir. Lakin gündəlik həyatda fasi fakafonua ("milli mahnı") adlandırılır. Sözlərinin müəllifi Şahzadə Uelinqatoni Nqu Tupoumalohi və bəstəkarı isə Karl Qustavus Şmittdir və 1874-cü ildə təsdiq olunub. ʻE ʻotua māfimafi ko homau ʻeiki koe ko koe ko e falalaʻanga mo e ʻofa ki Tonga. ʻAfio hifo ʻemau lotu ʻaia ʻoku mau faí ni mo ke tali homau loto ʻo maluʻi ʻa Tupou. Ey,hər şeyə qadir Tanrı! Sən bizim Rəbbimizsən, Sənsən Tonqanın sütunu Və Tonqa üçün sevgi. Bizim dualarımıza bax O indi etdiyimiz işdir Olsun ki istəklərimizə cavab verəsən Tupounu qorumaq üçün.
Tonqa paanqası
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Torna maşınları
İonna Kuliq
İonna Kuliq (pol. Joanna Kulig 24 iyun 1982) — Polşalı aktrisa və müğənni. İonna Kuliq 24 iyun 1982-ci ildə Polşanın Kiçik Polşa vilayəti Krınitsa-Zdruy şəhərində anadan olub. Aktrisanın bacısı Yustina Şnayderdir. Frederik Şopin adına Dövlət Musiqili İbtidai məktəbini fortepiano sinfini bitirmişdir. Sonra Mstislav Karloviç adına Dövlət Musiqi Məktəbini solo oxuma sinifində bitirir. Krakovdakı Ludvik Solski Dövlət Dram Məktəbini populyar musiqi vokal ixtisası üzrə bitirir. Bir müddət Krakovdakı Köhnə Teatrda və paytaxtdakı Ateneum Teatrında rollar ifa edir. 2006-cı ildə filmdə debüü edir. 2012-ci ildə "Cadugər ovçuları" filmindəki qırmızı saçlı cadugər rolunu oynayır.
Torna dəzgahı
Torna maşınları — Torna hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur. Torna qədim qurğudur . Qədim Misirdə istifadə olunan bir vasitə olub. Məlum olduğu kimi, miladdan öncə III əsrə aid olmuşdur. Hökumət aid əsərlərin açıq dəlilləri e.ə. 6. əsrdə tapılmışdır: Şimali İtaliyadakı Etrüsk məzarındaki taxta bir kasanın hissələri və Türkiyədə dekorativ torna ağızlı iki düz taxta qab,. Asuriya və Hindistanda da istifadə sübutları var. Torna Sənayi İnqilabı üçün çox əhəmiyyətli idi.
Tolna medyesi
Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir. == Tarixi == Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.