Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toyota
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
Toyota Allion
Toyota Allion — Toyotanın 2001-ci ildən etibarən Yaponiyada istehsal etdiyi sedan avtomobil modeldir. Toyota Allionun 2001-ci ildən 2007-ci ilə qədər ilk nəsil istehsalı baş tutmuşdur. 2007-ci ildən bu günə qədər isə ikinci nəsil avtomobillər istehsal edilir və istehsalı davam etməkdədir. 20 dekabr 2004-cü ildən istehsal olunan Allion modeli LED işıqla təchiz olunmuşdur.
Toyota Auris
Toyota Auris — Yaponiya avtomobil istehsalçısı Toyotanın Böyük Britaniyada istehsal olunan modeli. Toyota Corolla heçbek versiyasının inkişaf etdirilmiş və xarici görüntüsünün tamam dəyişdirilmiş versiyasıdır. Auris modelinin 3 qapılı versiyası sadəcə Türkiyədə istehsal olunur.
Toyota Camry
Toyota Camry — Yapon avtomobil istehsalçısı Toyota tərəfindən 1982-ci ildən bu günə kimi istehsal olunan biznes sedan. Zavodlar Yaponiya, ABŞ, Avstraliya, Rusiya və Çində yerləşir. Avropada populyar olmadığından 2004-cü ildən avropa bazarına idxalı dayandırılıb və onun əvəzinə Toyota Avensis modelinin satışlarının artması ümid olunur. "Camry" adı Çin dilindəki 冠 (kammuri) heroqlifinin Yapon dilində fonetik yazısı olan və "tac" mənasını bildirən sözdən irəli gəlir.
Toyota Corolla
Toyota Corolla — Toyota şirkətinin istehsal etdiyi kompakt (C seqment) sinif avtomobil. İstehsal olunmağa başlandığı 1966-cı ildən bu günə qədər 11 nəsildir. 32 milyondan çox istehsal sayıyla dünyanın ən çox satılan avtomobili ünvanını qorumaqdadır. 2013-cü ildə 11-ci nəsil Corolla satışı başlanmışdır. Yaponiyada sedan karoseri Axio adıyla satılmaqdadır. Avtomobilin hatchback modeli olan Auris Türkiyə və İngiltərə fabriklərində istehsal edilir. 1.33 (benzinli), 1.4 D-4D (dizel) və 1.6 Dual VVT-İ (benzinli) variantları olmaqla üç motor çeşidi var.
Toyota Highlander
Toyota Highlander (və ya Toyota Kluger) — Toyota tərəfindən istehsal olunan avtomobil modelidir. Şimali Amerikada istehsal olunan bu avtomobil, Yaponiya və İndianaya idxal edilir. Avtomobilin motoru 2 variantda mövcuddur. Bunlar: 2.7 l və 3.5 l-dir. 3.3 l motor variantı yalnız hibrid modelində vardır. Avtomobil iki nəsildə istehsal olunmuşdur. Birinci nəsil Kluger, 2000–2007-ci illər arasında istehsal olunmuşdur. Motorun xüsusiyyətləri və ölçüsü yeni nəsildə dəyişilmişdir. İlk nəsil avtomobillər sadəcə Yaponiyada istehsal olunduğuna baxmayaraq, yeni nəsil Şimali Amerikada istehsal olunub digər ölkələrə idxal edilməkdədir.
Toyota Innova
Toyota Innova — Toyotanın 2005-ci ildən bu yana Hindistanda istehsal etdiyi MPV modelidir.
Toyota Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Toyota RAV4
Toyota RAV4 — Toyota şirkətinə aid krossover avtomobil. Maşın 1994-cü ildən bəri istifadədədir. Maşının Lexus versiyası Lexus NX-dir. Avtomobilin rəqibləri olaraq 4 avtomobil var. Bunlar Mazda CX-5, Honda CR-V, Hyundai ix35 və Ford Kuga-dır.
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Toyota Motor Corporation
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
Toyota (Formula-1 komandası)
Panasonic Toyota Racing — Yapon avtomobil istehsalçısı Toyota Motor Corporation'a məxsus Formula 1 komandası olub, Almaniyanın Köln şəhərində yerləşirdi. == Tarixi == Toyota 1999-cu ildə Formula 1-də iştirak etməyi planlaşdırdıqlarını açıqladı və TF101 adlandırdıqları avtomobil ilə geniş sınaqdan sonra qrup, 2002-ci ildə ilk dəfə çıxış etdi.Yeni komanda, daha əvvəl Dünya Ralli Çempionatında və 24 hours of Le Mans yarışlarında iştirak edən Toyota'nın uzun sürən Toyota Motorsport GmbH təşkilatından daha çox inkişaf etdi və böyüdü. Toyota komandası fəaliyyət göstərdiyi müddətdə heç bir zaman Qran-pri qalibi olmamışdır. Ən yaxşı nəticəsi isə ikinci yer olmuşdur ki, bu da 2005, 2008 və 2009-cu iləri əhatə edir. Toyota hər zaman uğursuzluğuna görə təqid olunurdu, xüsusilə 2006-cı il F1 mövsümündə, Avstraliya Qran pri də, nə vaxt ki komandanın ən yaxşı nəticəsi üçüncü yer olmuşdur. Toyota yaxşı maliyyələşdirilmiş bir qrup idi, ancaq buna baxmayaraq güclü nəticələr heç bir zaman ardıcıl olmadı. 4 noyabr 2009-cu ildə, Toyota Formula 1-dən dərhal çıxarılmasını elan edərək, komandanın səkkiz mövsümdən sonra idmana qoşulmasını sona çatdırdı. == Görkəmli sürücülər == === Olivier Panis === Yarışçının nəticələrinə nəzər salarkən, ilk Qran pri qalibi olan Olivier Panis ilk önəmli yarışçı hesab edilə bilər. Belə ki, onun qalibiyyəti qeyri-adi şərtlərdə qazanılmışdı, nə zaman ki öndəki yarışmaçılar (Williams, Ferrari və Benetton komandaları) yaş bir şəraitdə düşmüşdülər. === Ralf Schumacher === Ralf Schumacher Toyota komandasına 2005-ci ildə gəlmişdir.