Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trezel
Trezel (fr. Trézelles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03291. 2008-ci ildə əhalinin sayı 382 nəfər təşkil edirdi. 2007-ci ildə 231 nəfər əmək qabiliyyətli şəxsdən (15-64 yaş) 169 nəfəri iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə 67.6%). Fəal olan 169 nəfərdən 149 nəfər (83 kişi və 66 qadın), 20 nəfər işsiz (5 kişi və 15 qadın) idi. Fəal olmayan 62 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bretzel
Bretzel (alm. Breze(l)‎, ing. Pretzel) — diametri 10-15 sm və Alman dilində danışan ölkələrdə (Almaniya, Avstriya, İsveçrə, Cənubi Tirol və Elzas) simmetrik olaraq bükülmüş duzlu və ya şirin olan çörək növüdür. Adı latın sözü olan brachium ("qol"; çarpaz qolların görünüşü üçün) götürülüb. Ənənəvi bretzel forması seçilən simmetrik formada olur, uzun xəmir zolağının ucları bir-birinə bağlanır və sonra xüsusi bir şəkildə özünə doğru bükülür. Lakin bu gün bretzellər müxtəlif formalarda da hazırlanır. Duz bretzellərdə ən çox istifadə edilən ədviyyatdır. Yuyucu soda və ya lye (maye) tamamlayıcılarından biri olaraq, simitlərə Maillard reaksiyası nəticəsində əldə edilən ənənəvi dərini və ləzzəti verir. Digər ədviyyatlara xardal, pendirlər, şəkər, şokolad, darçın, şirin örtük, toxumlar və qoz-fındıq daxildir. Bretzel növlərinə hazırlandıqdan qısa müddət sonra yeyilməli olan yumşaq simitlər və uzun müddət saxlama müddəti olan bərk bişmiş simitlər daxildir.
Brezel

Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Denzel Dumfris
Denzel Custus Morris Dumfris (18 aprel 1996, Rotterdam, Niderland) — Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubunda və Niderland milli futbol komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu. == Klub karyerası == Dumfris 2014-cü ildə həvəskar komanda olan Barendrext klubundan Sparta Rotterdam klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 20 fevral 2015-ci ildə Emmen klubuna qarşı oyunda etmişdir. Dumfris Sparta ilə 2016-cı ildə Erediviziyaya vəsiqə qazandı və həmin il Eerste Diviziyada mövsümün ən istedadlı oyunçusu mükafatına layiq görüldü. 2017-ci ilin yayında o, belçikalı oyunçu Stefano Marzonun gedişindən sonra Herenveen klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin iyununda Dumfris Coşua Brenet və Santyaqo Ariasın klubdan gedişindən sonra Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hələ Barendrext klubunda çıxış edərkən Dumfris Aruba milli futbol komandasında oynamaq üçün dəvət almışdır. 2014-cü ilin mart ayında o, Quam millisi ilə yoldaşlıq oyununda millidə debüt etmişdir. Bir neçə gün sonra həmin milli ilə qarşılaşmada Dumfris qolla yadda qalmışdır. Ronald Kuman 2018-ci ilin oktyabr ayında ilk dəfə Dumfrisi Niderland milli futbol komandasına dəvət etmişdir.
Denzel Vaşinqton
Denzel Vaşinqton (ing. Denzel Hayes Washington, Jr.; 28 dekabr 1954[…]) — ABŞ aktyorudur. 2010-cu ildə populyar olan İlayın kitabı filminə çəkilmişdir. Bu filmdə "İlay" personajının rolunu canlandırmışdır.
Tranze adaları
Tranze adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Kara dənizinin ərazisində, Vilkiç boğazının cənubunda, Bolşevik adasıdan 500 m cənubda qərarlaşır. Adalardan şimalda Solneçnaya buxtası vardır. Adalar arasında məsafə 500 m təşkil edir. Adalar qrupu iki adadan ibarətdir. Onların uzunluğu 1 kilometrdən çoxdur. Şimal adası cənubdan şimala doğru uzanır. Cənub adası isə hamar olub, bürünlüklə qumla örtülüdür. Adalarda yüksəşlik yoxdur.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Villiam Henzel
Villiam Henzel (23 mart 1982) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Villiam Henzel Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Villiam Henzel Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Villiam Henzel Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yördis Trebel
Yördis Trebel (alm. Jördis Triebel‎; 30 oktyabr 1977, Şərqi Berlin) — alman aktrisa. Trebel Berlinin Prenzlauer-Berq ərazisində dörd bacıdan ikinci böyüyü olaraq anadan oldu. Berlin divarının dağılmasından əvvəl teatrda müəyyən kiçik rollarda yer aldı. 1997-ci ildən 2001-ci ilə qədər Ernst Busch Academy of Dramatic Arts-da aktyorluq təhsili aldı. Trebel teatr fəaliyyətindən başqa 2005-ci ildə Wolffs Revier adlı teleserialda rol almışdır. Rol aldığı filmlərə Ein guter Sommer, Westen, Lagerfeuer və Emmas Glück misal göstərilə bilər. O həmçinin 2017-ci ildə Netflix-in Dark serialında rol almışdır. Trebel 2014-cü ildə ayrıldığı almaniyalı aktyor Mattias Uedenhoferdən iki oğlu var.
Şərqi Rennel
Şərq Rennell YUNESKO-nun Ümumdünya İrs mirası olaraq təyin olunan Solomon adalarındakı Rennell adasının cənub hissəsidir. Rennell dünyanın ən böyük mərcan atoludur və bir çox endemik növ Teqano gölü ətrafındakı Rennellin şərq hissəsindədir. 2013-cü ildə Ümumdünya İrs Komitəsi, Şərq Rennellini Ümumdünya İrsi mirasına daxil etdi. Rennell Qərbi Sakit okean bölgəsində yerləşir və Solomon adalarının cənubundadır, təqribən 86 ilə 15 km məsafədədir. Dünyadakı ən böyük mərcan atollu 37.000 hektar ərazini tutur. Ərazi sıx meşə ilə örtülmüşdür və adanın cənub mərkəzində bir vaxtlar atoll olan Teqano gölüdür vardır. Gölün səthi dəniz səviyyəsindədir və əsasən kələ-kötürdür. Şərqi Rennel qayalıqlarla əhatə olunmuş və bir sıra kiçik əhəng daşı adalarından ibarətdir. 1998-ci ildə Dünya İrsi mirası olaraq təyin olunan Şərqi Rennell adanın cənub ucundadır. Ərazi siklonlar tərəfindən zərər görməyə həssasdır və "elmi tədqiqat üçün əsl təbii laboratoriya" hesab olunur.
Hüygens-Freznel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Cəbəlkəndi (Ənzəl)
Cəbəlkəndi (fars. جبل كندی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir. Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb ki, bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki, bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (84 ailə). === Milli tərkibi === 1949–1953-cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış. Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki, əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.
Soltanabad (Ənzəl)
Soltanabad (fars. سلطان‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (132 ailə).
Xürrəmabad (Ənzəl)
Xürrəmabad (fars. ‎خرم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (74 ailə).
Hüygens-Frenel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Treze-de-Mayo
Treze-de-Mayo (port. Treze de Maio) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7097 nəfərdir. Ərazisi 161,081 кm²-dir. Əhalinin sıxlığı 44,1 nəfər/кm²-dir. Bələdiyyə 31 dekabr 1911-ci ildə yaradılmışdır.