Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tremolo
Tremolo it. tremolo – titrəyən 1. Eyni bir səsin cəldliklə təkrarlanması; bəzən bir neçə alətdə birlikdə də tətbiq olunur. 2. İki qonşu olmayan səslərin və ya səs birləşməsinin növbələşərək səsləndirilməsi.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Veronika Tsepkalo
Veronika Valeryevna Tsepkalo ( belar. Вераніка Валер’еўна Цапкала; 7 sentyabr 1976, Mogilyov) — Belarus İT meneceri və siyasi fəal, 2020-ci ildə Belarus Respublikasının prezident seçkilərində həyat yoldaşı Valeri Tsepkalonun qərargahının rəhbəri və Svetlana Tixanovskayanın birgə qərargahının nümayəndəsi. == Həyatı == Veronika Valeryevna Tsepkalo 7 sentyabr 1972-ci ildə Mogilyovdə anadan olub. Anası - Yevgeniya Şesterikova, bacısı - Natalya Leonyukdur. Babası - Pyotr Şesterikov - yazıç olub. O, roman və qısa hekayələr müəllifidi. Mogilyov küçələrindən biri Pyotr Şesterikovun şərəfinə adlandırılmışdır. Veronika Tsepkalo 1998-ci ildə Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini Beynəlxalq Münasibətlər ixtisası üzrə bitirib. Tsepkalo 2004-2006-cı illərdə Belarus Dövlət İqtisad Universitetinin Ali İdarəetmə və Biznes Məktəbində təhsil alıb. 2008-ci ildə Heydərabad (Hindistan) şəhərində Kiçik və Orta Müəssisələrin Milli İnstitutunda təhsil alıb.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.