Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Lars Fon Trier
Lars Fon Trier (dan. Lars von Trier; əsl adı Lars Holbek Trier, dan. Lars Holbæk Trier; 30 aprel 1956) — Danimarka kino rejissoru. Lars Fon Trier 1956-cı il aprelin 30-u Danimarkanın paytaxtı Kopenhagendə doğulub. Danimarkanın Milli Kino Məktəbini bitirib. Kinoda ilk dəfə 1976-cı ildə debüt edib. İlk tammetrajlı filmi isə Cinayətin Elementi filmidir ki, 1984-cü ildə çəkilir və bu film Kann, Çikaqo film festivallarında mükafat qazanır. Cinayətin Elementi (Element of Crime) filmi Trierin E trilogiyasının ilk filmidir. Hər rejissorun işi deyil ki, ilk tammetrajlı filmi ilə Qızıl Palma budağına namizəd olsun. Cinayətin Elementi ilə Trier öz müəllimi Tarkovskini yamsılamışdı.
Trir kürfürstlüyü
Trir kürfürstlüyü (alm. Kurfürstentum Trier‎ və ya alm. Kurtrier‎; fr. Électorat de Trèves) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü. Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.
Sen-Moris-an-Triev
Sen-Moris-an-Triev (fr. Saint-Maurice-en-Trièves) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38424. Kommunanın 1999-cu il üçün əhalisi 162 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 671 ilə 1 975 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km cənubda yerləşir.
Ariel
Ariel (Uranın peyki)
Arilər
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Driver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.
Friker
Frikinq (ing. phreaking) — telefon sisteminin necə işlədiyini bilmək hesabına qanunsuz yolla pulsuz şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq. Frikinq ictimai telefon şəbəkələrinə qoşulmuş avadanlıq və sistemlər kimi telekommunikasiya sistemlərini öyrənən, sınaqdan keçirən və ya kəşf edən insanların mədəniyyətinin fəaliyyətini təsvir etmək üçün yaradılmış jarqon termindir. "Phreak" termini ingiliscə telefon (phone) sözündəki "ph-" ilə "freak" sözünün birləşməsi nəticəsində yaranıb və telefon sistemini manipulyasiya etmək üçün müxtəlif audio tezliklərin istifadəsinə də aid ola bilər. Frik, frikçi və ya telefon friki frikinqdə iştirak edən şəxslər üçün və onlar tərəfindən istifadə edilən adlardır. Termin ilk olaraq uzun məsafəli zəngləri yönləndirmək üçün istifadə edilən tonlar sistemini tərsinə çevirmiş qruplar üçün istifadə edilirdi. Bu tonları yenidən yaratmaqla, friklər zəngləri telefondan dəyişə bilir və bunun sayəsində istənilən yerdən pulsuz zəng edə bilirlər. Mavi qutu kimi tanınan elektron ton generatorları bu tonların yaradılmasını asanlaşdırmaq üçün frikinq cəmiyyətinin əsas hissəsinə çevrildi. Bu icmaya gələcək Apple-in həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak daxil idi. Mavi qutu dövrü telekommunikasiya şirkətlərinə zəng yönləndirmə məqsədləri üçün diapazondaxili siqnaldan istifadəni dayandırmağa imkan verən kompüterləşdirilmiş telefon sistemlərinin getdikcə artan istifadəsi ilə sona çatdı.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Tauer
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Devils-Tauer
Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir. Devils-Tauer Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır. Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır. Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir.
Dorik order
Dorik order Qədim Yunanıstan və ondan sonrakı Qədim Roma memarlığının üç orderindən biri idi. Sütunların üstündəki sadə dairəvi başlıqlar sayəsində Dorik order asanlıqla tanınır. Bəzən mürəkkəb detallara malik olsa da, ən erkən və mahiyyət etibarilə ən sadə orderdir.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Düyərli kəndi Qarabağ düzündədir.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. "Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Həsənqaya (Tərtər)
Həsənqaya — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır. Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib. 2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb.