Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anri Truaya
Anri Truaya (fr. Henri Troyat, doğularkən adı — Leon (rusca) Aslanoviç Tarasov) (1 noyabr 1911, Moskva — 2 mart 2007, Paris) — Fransa yazıçısı. == Həyatı == Tanınmış müasir fransız yazıçısı Anri Truayanın əsl ad-familiyası Lev Tarasovdur. 1911-ci ildə Moskvada anadan olub. Vətəndaş müharibəsi dövründə, yeddi yaşında ikən o valideynləri ilə birgə Fransaya mühacirət edib, orda böyüyüb və fransız vətədaşlığını qəbul edib, Fransa ordusu sıralarında faşizmə qarşı vuruşub, sonralar fransız yazıçıcı kimi məşhurlaşıb. Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Anri Truaya bir müddət Sena vilayəti prefekturasında işləyib sonra isə həyatını ədəbiyyata sərf eləməyi qərara alıb. Onun 1935-ci ildə nəşr olunmuş ilk romanı ("Yalançı sübh") "Populist roman" mükafatına layiq görülüb. 1938-ci ildə isə başqa bir romanı ("Hörümçək") Konkur mükafatını alıb. 1959-cu ildə Anri Truaya Fransa Akademiyasına üzv seçilib. Anri Truaya böyük həcmli əsərlərinin bir hissəsini Rusiya həyatına həsr eləyib.