Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
II Tumanbəy
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
I Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Obmannıy adası
Obmannıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 400 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Bazovıy adası 1,5 km şimal-qərbdə, Zabor adası 3.8 km şimal-qərbdə və Kolosov adaları 4,2 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 1,9 km, eni 1,6 km-dir. Cənub və şərq hissələri qayalıqdır, burada hündürlük 6 metrdir. Maksimal hündürlük 15 metrdir. Ada alcaqboylu otlarla örtülü olur.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. == Tarixi == 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.