Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Vesennıy adası
Vesennıy adası — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Starokadomski adasından 1,5 km aralıda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Mayski adaları qrupuna daxildir. Uzunsov formaya malik olub uzunluğu 800 metr, eni isə 360 metrdir. Üzəri hamardır. Qərb hissəsi qumla örtülüdür.