Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uklon
Uklon — ukraynalı taksi xidməti. Uklon minik, çatdırılma, avtomobillərin idarə edilməsi və digər nəqliyyat xidmətləri təklif edir. Şirkət 2009-cu ildə startap olaraq yaradılıb və hazırda 500-dən çox işçisi var. İT bölməsi Ukrayna bazarındakı ən böyük infrastrukturlardan birinə sahibdir. Uklon Ukraynanın 28 şəhərini əhatə edir. Onlardan ikisində — Xerson və Mariupolda Rusiyanın Ukraynanı işğalından sonra xidmət dayandırılıb. == Tarixi == 2006-cı ildə Dmitri Dubrovski Evos şirkətini təsis edib. O zaman Evos-un 20-yə yaxın işçisi var idi, onlardan Dmitri Dubrovski baş direktor idi. Viktoriya Dubrovski maliyyəyə, Serhi Smus isə satışa cavabdeh idi. Uklon məhsulu Kiyev Mohıla Akademiyasının məzunu, 21 yaşlı riyaziyyatçı Vitali Diatlenko tərəfindən hazırlanıb.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
Klona-syur-Varez
Klona-sür-Varez (fr. Clonas-sur-Varèze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38114. Kommunanın 1999-cu il üçün əhalisi 1281 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 157 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Klona-sür-Varez