Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
UTECA
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Uleks
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung; 5 noyabr 1983) ingilis qadın aparıcı və modeldir. BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Baccharis uleana
Baccharis uleana (lat. Baccharis uleana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Eucalyptus oleosa
Eucalyptus oleosa (lat. Eucalyptus oleosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus oleosa subsp. ampliata L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp. corvina L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp. cylindroidea L.A.S.Johnson & K.D.Hill Eucalyptus oleosa subsp.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Catocala electa
Catocala electa (lat. Catocala electa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin catocala cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açılmış halda 65-88 mm-dir. Ön qanadları açıq boz, kül rənglidir, qonur pulcuqlarla qarışıqdır, eninə zolaq qaradır, iç tərəfi aydın görünmür, xarici tərəfi isə dişlidir, orta hissəsində "w" hərfinə oxşar naxış böyükdür. Axırıncının uc hissəsi qanadın kənarına qədər uzanır. Dalğalı zolaq aydın açıqdır və çətin görünür. Böyrəkşəkilli naxış qonur olub, ikiqat haşiyə ilə dövrələnmişdir. Arxa qanadlar al qırmızıdır, xarici kənarı və orta sarğısı qaradır, ətraf saçaqları ağdır, ön qanadlarda olduğu kimi dalğavaridir. == Yayılması == Cənubi və Mərkəzi Avropada, Rusiyanın cənubu və şərqində, Qafqazda, Şərqi Sibirdən Yaponiyaya qədər, Çində, Koreyada. Azərbaycanda isə Böyük Qafqazın dağətəyində və Lənkəran təbii vilayətində yayılmışdır.
Salvia electa
Salvia verbenaca (lat. Salvia verbenaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gallitrichum verbenacum (L.) Fourr. Horminum verbenacum (L.) Mill. Larnastyra verbenaca (L.) Raf. Salvia linnaei subsp.
Slesa qalası
Slesa qalası (gürc. სლესის ციხე) — Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. Tarixi bilinməyən qala kompleksi dövrümüzdə xarabalığa çevrilmiş qaladan və ona bitişik olan iki təpənin arasında yerləşən və strateji olaraq daha yaxşı qorunan qüllədən ibarətdir. Borcomi vadisi boyunca uzanan qala kompleksi Gürcüstanın mərkəzini cənubdan gələn hücumlardan qoruyurdu. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. Qalanın tarixi məlum deyil. Qalanın memarlıq xüsusiyyətləri və odlu silahlar üçün yaradılmış bəzəklər ilə təmin olunmasından belə ehtimal edilir ki, abidə orta əsrlərdə inşa edilmişdir. O dövrdə 16 ailənin yaşadığı Slesa kəndinin varlığı haqqında ilk dəfə 1598-ci ildə baş tutmuş Osmanlı siyahıyaalınması zamanı qeyd edilmişdir. Bölgənin Osmanlı tərəfindən fəth edilməsi Samtsxenin yerli əhalisinin sürgün edilməsi və ya assimilyasiyası ilə nəticələndi. 19-cu əsrdə kənd tərk edildi.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu. Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı.
Leça Abdulayev
Leça Abdulayev (15 fevral 1953) — Çeçen yazıçı, şair, publisist, tərcüməçi, Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistan və Rusiya Jurnalistlər Birliyinin üzvü, Çeçenistan Respublikasının Xalq Şairi, Çeçen Dövlət Universitetinin fəxri professoru, Çeçenistan Respublikasının Əməkdar jurnalisti. == Bioqrafiya == Deportasiya illərində Orta Asiyada anadan olmuşdur. Repressiya olunan xalqların reabilitasiyasından sonra 1957-ci ildə ata-baba yurdu olan Kətir-Yurt kəndinə qayıdır. 1970-ci ildə orta məktəbi bitirir. Daha sonra Çeçen-İnquş Dövlət Universitetinin Tarix və Filologiya fakültəsinin milli şöbəsinə daxil olaraq oranı bitirir. Məzun olduqdan sonra doğma kəndində ana dili və ədəbiyyat müəllimi, sonra Açxoy-Martan rayonu "Leninskoe Znamya" qəzetində jurnalist kimi çalışır. Rus dilində material yazmaq istəmədiyi üçün millətçilikdə və anti-sovet təbliğatında ittiham olunur və redaksiyadan qovulur. Bir müddət sonra Qroznı vilayətinin "Zavetı İliça" qəzetində işləməyə başlayır və eyni bəhanə ilə işdən azad edilir. Sovet İttifaqının dağılmasından sonra, XX əsrin səksəninci illərinin sonlarından etibarən «Daymoxkom» ("Vətən") adlandırılmağa başlayan "Lenian Nek" qəzetinin baş redaktoru olur. "Daymoxkom" qəzetinin dirçəlişinin ilk günündən baş redaktoru olmuşdur.
Eucalyptus oleosa var. flocktoniae
Eucalyptus flocktoniae (lat. Eucalyptus flocktoniae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus oleosa var. flocktoniae Maiden == Yarımnövləri == Eucalyptus flocktoniae subsp. flocktoniae Eucalyptus flocktoniae subsp.
Eucalyptus oleosa var. kochii
Eucalyptus kochii (lat. Eucalyptus kochii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus oleosa var. kochii (Maiden & Blakely) C.A.Gardner == Yarımnövləri == Eucalyptus kochii subsp. amaryssia D.Nicolle Eucalyptus kochii subsp. borealis (C.A.Gardner) D.Nicolle Eucalyptus kochii subsp. kochii Eucalyptus kochii subsp. plenissima (C.A.Gardner) Brooker Eucalyptus kochii subsp.
Alois Leksa von Erental
Alois Leksa von Erental (27 sentyabr 1854[…], Qruba-Skala[d] – 17 fevral 1912[…], Vyana) — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı. 1895–1898-ci illərdə Buxarestdə diplomatik elçi, 1899–1906-cı illərdə Peterburqda səfir, 1906–1912-ci illərdə xarici işlər naziri olmuşdur. Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalının hazırlanmasında mühüm rol oynamışdır.