Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Xlebnıy adası
Xlebnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Oktyabr İnqilabı adasından 4,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xlebnıy adasından şimal-qərbdə axipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xitrıy. Ada cənubdən şimala 700 m məsafədə uzanır. Eni 300 metrdir. Adada ən böyük yüksəklik 30 metrdir. Mərkəzi hissədə geodeziya məntəqəsi yerləşir.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.