Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Capsella umensis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Peter Mensah
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. == Həyatı == 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
EUMETSAT (peyk sistemi)
== EUMETSAT peyk sistemi == EUMETSAT peyk sisteminin quraşdırılmasında məqsəd hava proqnozlarının tərtibatı üçün yeni informasiyaların hər beş dəqiqədən bir əldə edilməsidir. EUMETSATın tərkibində quraşdırılmış DAWBEE sputnik stansiyasında məlumatlar on beş dəqiqədən bir təzələnir. Qeyd edək ki, bu sistem yalnız faktiki havanı, hava axınlarının istiqamət traektoriyasına siklon və antisiklonların hərəkət mexanizmi, buludsisttemlərini, yağıntıları, qar örtüyünü,. Tepperatura (torpaq, dəniz, hava) görünüşü, duman. Reflektiv şüalanma, insolyasiya, albedo, atmosferdəki su buxarının, karbonun (CO2), ozonun (O3), paylanmasını, havanın tozlanma dərəcəsini eyni zamanda təhlükəli hidrometeoroloji hadisələri, şimşək və qasırğaların intansivliyini yer səthində quraqlıq ərazilərinin paylanması, yanğınların baş verməsi, divergensiya və s. Meteoroloji amilləri əks etdirir.
Piter Mensa
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. == Həyatı == 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
Timoti Fosu-Mensah
Evans Timoti Fosu Fosu-Mensah (2 yanvar 1998, Amsterdam) — Mançester Yunayted klubundan icarə əsasında İngiltərə Premyer Liqası təmsilçilərindən olan Fulhem klubunda mərkəz müdafiəçisi, müdafiəyə meyilli yarımmüdafiəçi və cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Mançester Yunayted === Fosu Mensah Amsterdamda anadan olmuşdur. Valideynləri isə Qana vətəndaşlarıdır. O, futbolçu karyerasına Ayaks klubunda start vermişdir. 2014-cü ildə isə İngiltərəyə gəlmişdir. Fosu Mensah Mançester Yunayted klubunun gənclərdən ibarət komandasında müxtəlif mövqelərdə — mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi mövqelərində çıxış etmişdir. O, peşəkar karyerasında debütünü 28 fevral 2016-cı ildə Arsenal klubuna qarşı oyunda etmişdir. Fosu-Mensah görüşün 55-ci dəqiqəsində Markos Roxonu əvəz etmiş və görüşü sol cinah müdafiəçisi kimi davam etdirmişdir. Premyer liqa görüşündə Yunayted rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 oktyabr 2016-cı ildə o, Mançester Yunayted klubu ilə daha bir il uzadılması şərtilə 2020-ci ilə kimi uzunmüddətli müqavilə imzalamışdır.