Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plessi döyüşü
Plessi döyüşü, 23 iyun 1757-ci ildə baş vermişdir. Döyüş Yeddi İllik Müharibənin bir hissəsi kimi baş vermişdir. Döyüşün sonunda Robert Klayvın başçılıq etdiyi ingilislər Benqal navabını və onların fransız müttəfiqlərini məğlub etmiş və beləliklə də Şərqi Hindistan şirkətinə Benqal üzərində nəzarəti ələ keçirməyə və Hindistanda mühüm hərbi və siyasi gücə çevrilməyə nail olmuşdurlar. Benqal ərazisi Şərqi Hindistan şirkəti tərəfindən ilhaq edilmişdir. Beləliklə, Hindistanda şirkət idarəçiliyi 1757-ci ildə Plessi döyüşü ilə effektiv şəkildə başlamış və 1858-ci ilə qədər davam etmişdir. Sipahilər üsyanının gedişatı zamanı, yəni 1858-ci ildə qəbul edilən "Hindistan Hökumət Aktı" ilə administrasiya Müstəmləkə Hindistanına keçmişdir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Le-Plessi-Buşar
Le-Plessi-Buşar (fr. Le Plessis-Bouchard) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Boşam. Əhalisi — 7.666 nəfər (2008). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimal-qərbdə, Serji belediyyənin 14 km şərqdə yerləşir.
Le-Plessi-Qasso
Le-Plessi-Qasso (fr. Le Plessis-Gassot) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 75 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimalda, Serji belediyyənin 26 km şərqdə yerləşir.