Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uxlovitsa mağarası
Uxlovitsa (bolq. Ухловица) — Bolqarıstanda mağara. Mağara Rodop dağlarında, Smolyanski vilayətinin ərazisində yerləşir. Mağara öz adını yaxınlıqda yerləşən Uxlovitsa kəndindən almış. Mağara Moqilitsa kəndindən 3 km şimal-şərqdə və müvafiq olaraq Pamporovo və Çepelare kəndlərindən 37 km və 47 km məsafədədir. Uxlovitsa mağarası «Bolqarıstanın 100 turizm obyekti» siyahısına daxildir. Mağara 1968-1969-cu illərdə Çepelare şəhərinin "Studenets" speleoloqlar klubunun üzvləri Georgi və Dimitar Raiçev tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. Uzunluğu 460 m-dir, bunun 330 metri yaxşı vəziyyətdədir. Dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Mağara daxilində orta temperatur 10-11 ° C-dir.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.