Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astilba
Astilba-yunan sözü olub,A-"çox",stilbe-"parlaq" deməkdir.Bitkiyə bu adın verilməsi onun yarpaqlarının parıltılı olması ilə əlaqədardır.Şərqi Asiya,Yaponiya və Şimali Amerikada bu çoxillik bitkinin 30-a yaxın növü məlumdur.Gülçülükdə aşağıdakı növlərdən istifadə olunur.Arends astilbası (A.x.arendsii) qalın,şaquli kökümsovları olan çoxillik bitkidir.Gövdəsi 50-100 sm hündürlüyə çatır.Yarpaqları tünd parlaqdır.Ağ,çəhrayı,qırmızı,açıq-qəhvəyi rəngli xırda çiçəkləri çiçək qrupuna yığılmışdır.David astilbası (A.davidii) 180 sm hündürlüyə çatan bitkidir.Hamaşçiçəyi sallaq oxlu,piramidaşəkilli salxımdır.Xırda çiçəkləri çəhrayı-qırmızı rəngdədir.Astilbanın kökümsovunu hissələrə bölməklə çoxaltmaq olar.Bölünmüş hər bir hissədə tumurcuq olmalıdır.Qələmlə çoxaldılmış astilba tez gül açır.Çiçək qurumağa başlayanda saplağını kəsmək lazımdır.Astilbanın kökümsovu hər il torpağın üst səthinə doğru inkişaf edir.Çılpaq qalan köklərin üzərini torf ilə örtmək lazımdır. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Setaria ustilata
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid bitki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. == Coğrafiyası == Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. == Coğrafiyası == Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
ZSU-23-4 Şilka
23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi (rusca:Зенитная Самоходная Установка; ЗСУ-23-4 «Ши́лка») yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir. İstehsalçı: SSRİ İstehsalçı fima: MMZ (Mıtişçi adına Maşın Zavodu) Tip: Özüyeriyən zenit-raket kompleksi İstehsal tarixi: 1964 – 1982 Xidmətə giriş ili: 1965 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 6500 ədəd == Ölçüləri == Ağırlığı: 21 ton Uzunluğu: 6.535 mm Eni: 3.125 mm Hündürlüyü: 2.576-3.572 mm Klirens: 0.4 m == Müdafiə == Zireh qalınlığı: 9.2–15 mm qalınlıqda yayılmış polad Tüstü bombaları == Performans == Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 30º Motor: V-6R dizel, sıralı altı silindr, 4 gedişatlı havasız inyeksiya sistemli su ilə soyudulan 20 litrlik dizel At gücü: 280 at gücü Güc nisbəti: 14.7 at gücü/ton Yanacaq çəninin tutumu: 520 litrl Mənzili: 450 km Dayandırılması (Asqı tipi): hidravlik amortizatorlu fərdi burulma bar Maksimal sürət: 50 km/saat (şosedə), 30 km/saat (yolsuzluq şəraitində) Gediş məsafəsi: 450 km (şosedə), 300 km (yolsuzluq şəraitində) Yanacaq çəninin tutumu: 520 litr 100 km məsafədə yanacaq sərfiyyatı: 80 litr (şosedə), 130 litr (yolsuzluq şəraitində) == Silahlanma == 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik top Kalibr: 23x152 mm Lülənin qalxma bucağı: -4º... +85º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 980–1000 m/s Atış tezliyi: 3400-4000 atış/dəqiqədə Hədəfi məhvetmə hündürlüyü: 0.5–2 km Hədəfi məhvetmə uzaqlığı: 0.2–2.5 km Atəş məsafəsi: 3 km Mərmi sayı: 2000 ədəd Mərmi növü: zirehdələn-yandırıcı-izburaxan (БЗТ), qəlpəli-fuqaslı-yandırıcı (ОФЗ), qəlpəli-fuqaslı-yandırıcı-izburaxan (ОФЗТ), – 8 ədəd 72 mm çapında 9K38 “İgla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi Kalibr: 72 mm Uzunluğu: 1680 mm Raketin ağırlığı: 10.6 kq Döyüş başlığının çəkisi: 1.3 kq Döyüş başlığı: Qəlpəli-fuqaslı İdarəetmə sistemi: Spekt infraqırmızı görüntüləmə (İİR) Raketin başlanğıc sürəti: 570 m/s Uçuş hündürlüyü: 3 km Atəş məsafəsi: 6 km Hədəfin sürəti: 320–360 metr/saniyə Hədəfi məhvetmə hündürlüyü: 0.10–3.5 km Hədəfi məhvetmə uzaqlığı: 5 km Raket 6 saniyədə konteynerə yerləşdirilə və sistem 13 saniyədə növbəti atışa hazır ola bilər.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.