Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Utyonok adası
Utyonok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasından 10 km şimal-qərbdə yerləşir. Utyonıy adasından şimalda Şimal və Çervkyak adaları (müvafiq olaraq 1,2 və 0,8 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Cənub-şərqində 1,4 km aralıda Raket adası yerləşir. == Təsviri == Uzunluğu 950 metr təşkil edir. Adada iki yüksəklik vardır. Onlar adanın qərb və şərq hissəsində yerləşir. Ən hündür nöqtəsi 13 metrdir.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. == Hadisə == Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".