Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Əsas tonun tezliyi
Əsas tonun tezliyi (ing. Fundamental frequency, rus. Частота основного тона) — səs tellərinin vibrasiyalarının tezliyi. Boğazda və ağız boşluğunda yaranan digər yüksəktezlikli harmonikalar üçün baza rolunu oynayır. Əsas tonun tezliyi nitqin əsas tonuna bütün digər faktorlardan daha çox təsir edir. Əsas ton diapazonu uşaqlar üçün təxminən [170..600] Hs, kişilər üçün [85..200] Hs, qadınlar üçün [160..300] Hs-dir. Praktikada əsas tonun periodunu avtokorrelyasiya funksiyasının maksimumuna görə müəyyən etmək olar. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,111 səh.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.