Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Farmakologiya
Farmakologiya (yun. pharmakon – dərman və logos – elm) — Dərman maddələrinin orqanizmə təsiri haqqında elm. == Ümumi farmakologiya anlayışları == Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. "Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır. == İstinadlar == == Xarici keçidlər == Free books for doctors — Farmacology books Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine Prof. Dr. N. M. Öktel — Farmakoloji (ders kitabı). Ankara, 1965.
Beynəlxalq Farmakologiya İttifaqı
Beynəlxalq Farmakologiya İttifaqı (ing. International Union of Basic and Clinical Pharmacology) — üzv ölkələrin və regionların farmakoloqlarını təmsil edən milli təşkilatların könüllü qeyrikommersiya assosiasiyası. 1959-cu ildə Beynəlxalq Fiziologiya Elmləri İttifaqının bölməsi kimi əsası qoyulmuş, 1966-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərir. 1972-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. 60 milli farmakoloqlar cəmiyyətini özündə birləşdirir. Beynəlxalq Farmakologiya İttifaqının əsas vəzifələri bütün dünya da farmakologiya cəmiyyətləri arasında əməkdaşlığın dəstəklənməsindən; farmakoloqların beynəlxalq və regional qurultaylarının maliyyələşdirilməsi və onların təşkilinə yardımdan; elmi tədqiqatlara dair məlumatların beynəlxalq mübadiləsinin həvəsləndirilməsindən; farmakoloqlar ilə digər elm sahələrinin nümayəndələri arasında əməkdaşlığa yardımdan; bütün dünyada farmakoloji tədqiqatların həyata keçirilməsinə dəstəkdən; farmakologiya sahəsində kütləvi informasiyanın nəşri proqramlarına yardım edilməsindən ibarətdir. Beynəlxalq Farmakologiya İttifaqı nəzdində İcraçı komitə, habelə üzvlük, seçki komitələri; dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitə yaradılmışdır. Beynəlxalq Farmakologiya İttifaqı müntəzəm olaraq farmakoloqların ümumdünya konqresini keçirir, Beynəlxalq farmakologiya xəbərlərini nəşr edir, həmçinin ittifaqın üzvləri haqqında məlumatlar təqdim edir, dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitənin rəsmi hesabatını soraq kitabçalarını dərc edir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).