Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pavlos Fissasın qətli
Killah P (tam adı: Pavlos Fissas; yun. Παύλος Φύσσας; d. 10 aprel 1979, Afina, Yunanıstan — 18 sentyabr 2013, Afina, Yunanıstan) — Yunanıstan repçisi. == Həyatı == === Erkən illəri === === Ölümü === 2013-cü il sentyabrın 17-də Pavlos həyat yoldaşı və 8-10 nəfərlə Afinanın Keratsini rayonunda futbol oyununa baxmaq üçün kafeyə getmişdi. Həmin gecə saat 23:57 radələrində polisə Keratsinidə beysbol bitaları ilə silahlanmş 50 nəfər dəstə haqqında zəng olunmuşdu. Dəstə "Coral" kafe-mağazasına tərəf gedirdi. Saat 23:59-da 8 nömrəli polis dəstəsinə kafeyə girmə təlimatı verildi. Polis kafeyə daxil olanda, artıq 30 nəfər artıq küçədə toplanmışdı və Talsdari prospektinə doğru qaçmağa başladılar, harada ki, 60 nəfərdən ibarət bir dəstə artıq yığılmışdı. Orada polis Pavlosu bıçaq yaraları ilə tapdı. Pavlos huşunu itirməmişdən əvvəl, hadisə yerində olan Giorgios Rupakiası hücüm edən şəxs kimi göstərmişdir.