Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikalar
Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalar (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı == Həyatı == 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Yanoş Kadar
Yanoş Kadar (mac. János Kádár, 26 may 1912[…], Riyeka – 6 iyul 1989[…], Budapeşt) — Macar dövlət xadimi, siyasətçi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956–1988-ci illərdə Macarıstan Xalq Respublikasının rəhbəri olmuş kommunist rəhbər. == Həyatı == Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də, Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. 14 yaşlı Yanoş çox keçmədən ailəsinin maddi vəziyyəti zəif olduğundan tezliklə təhsilini yarım qoyaraq maşın təmirxanasında işləməyə başlayır. 1927-ci ildə isə çap maşınlarının təmiri ilə məşğul olmağa qərar verir. Bu zaman Macarıstanda bu peşəni bacaran sadəcə 160 nəfər insan varidi. == Siyasi fəaliyyəti == 1928-ci ildə Yanoş şahmat yarışlarının birində qalib olur və ona Fridrix Engelsin "Anti-Dürinq" əsəri hədiyyə edilir.