Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elena Risteska
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni. == Həyatı == Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir. === Avroviziya === 2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır. === Avroviziyadan sonra === Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır.