Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Friksel gölü
Friksel gölü (ing. Lake Fryxell) — Antarktidada, Viktoriya Landda yerləşən şirinsulu göl. Kanada ilə Kammonvilt buzlaqları arasında yerləşir. == Haqqında == Taylor vadisinin cənubundakı bu göl Robert Skott tərəfindən 1910-1913-cü illərdəki "Terra Nova" ekspedisiyası zamanı kəşf edilmiş və kartoqrafiyası edilmişdir. Gölə 1957-ci ildə ABŞ-nin İllinoys ştatındakı Avqustina Kollecindən Fritiof Frikselin adı verilmişdir. Uzunluğu 4.5 km-dir. Göldə bir çox prokariot canlı yaşamaqdadır.
Almaniya Şərqi Afrikası
Almaniya Şərqi Afrikası (alm. Deutsch-Ostafrika‎) — müasir Tanzaniya, Burundi və Ruanda ərazilərini əhatə edən Afrikadakı alman koloniyası. == Tarixi == Bu hissələrdə almanların fəaliyyətinin başlanğıcı 1884-cü ildə qoyuldu, o zaman Almaniya hökuməti "Alman Kolonizasiyası Cəmiyyətinə" rəhbərlik edən Karl Petersin şirkətinə alman maraqlarını qorumaq üçün ərazini inkişaf etdirmə hüququ verdi. 1890-cı ildə Abuşirinin üsyanı başladı. Alman hökuməti Hermann Vissmann başçılığı ilə qoşun göndərməyə məcbur oldu və buradakı mülklərini koloniyaya çevirib Cəmiyyətdən aldı. Almanların dövründə torpaqlar becərilməyə başlandı, dəmir yolları çəkildi, yerli əhali üçün məktəblər tikildi, lakin Almaniya heç vaxt müstəmləkədən iqtisadi gəlir götürmədi: əksinə Şərqi Afrika Almaniya hökumətindən subsidiya almağa davam etdi. İnzibati qaydada koloniyanın rəhbərliyi qəbilələrin liderləri ilə münasibətlərə əsaslanırdı (müstəmləkəçiliyin ilk 20 ilində almanlar yerli tayfaların müstəmləkəçilərə qarşı qiyamlarını daim yatırtmaq məcburiyyətində qaldılar). Alman kolonistləri Almaniya Şərqi Afrikasına fəal şəkildə köçdülər: 1903-cü ildə onların sayı 650, 1914-cü ildə isə 5,5 min nəfər idi. Birinci Dünya Müharibəsi dövründə koloniyanın silahlı qüvvələrinə (3 min avropalı və 11 min yerli sakindən) 1914-1918-ci illərdə İngilis və Portuqaliya müstəmləkə qoşunlarına qarşı döyüşlər uğurla davam etdirən polkovnik fon Lettov-Forbek rəhbərlik edirdi. Daha sonra Belçika Konqosundan edilən hücum və qaynaq çatışmazlığı səbəbiylə geri çəkilməyə məcbur oldu.
Qon Friks
Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) — Hunter × Hunter-ın baş rolu. Bir Ruki olan Qon, həmçinin bir Xarabalıq ovçusu olan Cinq Friksin oğludur. Onu kiçik yaşda ovçuluğa getmək üçun tərk edən atasını tapmaq Qonun ovçu olmaq xəyalına çatmasındakı ən böyük motivasiyadır.[fə. 1]Seriyanın əksər hissəsinin — Ovçu Sınağı, Zoldik Ailəsi, Cənnət Arenası, Acgözlük Adası və Ximera Qarışqaları bölümlərinin ana baş rolu olan Qon eyni zamanda York-Nyu Şəhəri bölümünün ikinci baş rolu olmuşdur. == Xarakteri == Macəra axtarışındakı atletik, kəndli və istiqanlı bir oğlan olan Qon habelə riyaziyyatda heç də yaxşı deyil — dördrəqəmli ədədlər onun beyninin həddən artıq isinməsinə bəs edir. Kiçik yaşlardan bəri təbiətdə çox vaxt keçirməsinin nəticəsində isə o, heyvanlarla yaxşı yola gedə bilir. == Qeydlər == == İstinadlar == === Hunter × Hunter manqası === Bütün seriya Toqaşi, Yoşihiro. ハンター×ハンター [Hunter × Hunter] (yaponca). 36 cild. Tokyo: Şueişa, 1998–h.h.
Almaniya Cənub-Qərbi Afrikası
Almaniya Cənub-Qərbi Afrikası (alm. Deutsch-Südwestafrika‎) 1884–1919-cu illərdə Almaniya İmperiyasının müstəmləkəsi olduğu dövrdə indiki Namibiya dövlətinin adıdır. Birinci Dünya Müharibəsi zamanı Cənubi Afrika Respublikasının qoşunları alman qüvvələrini məğlub edərək regionu ələ keçirdirlər. Bunun ardınca 1921-ci ildə Millətlər Liqasının qərarı ilə region Cənubi Afrikanın mandatına keçdi.