Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rizvan Abdullayev (fiziatr)
Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri. Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub. Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib.