Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir. Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hinqar Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. == Ədəbiyyat == Əliquliyev R..
Hünkar bəyəndi
Hünkar bəyəndi və ya sadəcə Bəyəndi ― Tarixən Osmanlı saray mətbəxinə aid, hazırda Türkiyə Respublikasında geniş istehlak olunan yeməklərdən biri. Hisə verilmiş və ədviyalı badımcanla hazırlanıb, qızardılır, sonra əzilir, süd, əridilmiş yağ və qovurulmuş unla qarışdırılır. Yekunda üzərinə quzu əti qoyulub yeyilir. == Tərkibi == Yemək doğranmış qırmızı ət, rəndələnmiş pendir, süd, un, soğan, badımcan, pomidor, yağ, duz, limon kimi inqredientlərdən ibarətdir. == Hazırlanması == Badımcanlar közlənib qabığından ayırd edilir, bir müddət limonlu, unlu su içində saxlanılır. Ətləri aşağı odda bişirilir, ardınca yağ əlavə edilib soğan və pomidor ilə birgə qovrulur. Bəyəndi hazırlamaq üçün yağ və un birlikdə qovrulur, içərisinə süd əlavə olunur. Sonra suda gözləyən badımcanları çəngəllə əzilib əlavə edilir, və rəndələnmiş pendir də əlavə edilərək bişirilir. Əldə olunan bəyəndinin üzərinə ətləri qoyularaq servis edilir.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.
Tanusri Şankar
Tanusri Şankar (ing. Tanushree Shankar; 16 mart 1956, Kəlkətə) — Hindistan rəqqasəsi, balerina və baletmeyster. == Həyatı == Tanusri Şankar 1956-cı il mart ayının 16-da Kəlkətədə anadan olub. Tanusri Şankar Hindistanda müasir rəqsin ən aparıcı balerinası və baletmeysteridir. O, 1970–1980-ci illərdə Hindistan İncəsənət Mərkəzinin aparıcı balerinası olub. Şankar dünyada müasir hind rəqslərinin tanınması üçün çox iş görür. O, mötəbər beynəlxalq festivalların mükafatçısıdır. Tanusi Şankar bütün dünyada müasir Hindistan rəqsinin yayılması istiqamətində kampaniya keçirir. Onun həyat yoldaşı Hindistanın məşhur bəstəkarı və Hindistanın əfsanəvi cazmeni, maestro Ravvi Şankarın qardaşı oğludur.
Havnar Bóltfelag
HB Tórshavn Farer adalarının ən uğurlu və ən qədim futbol klublarından biridir. 1904-cü ildə yaradılmış bu klub Farer adalarının paytaxtı Torshavn şəhərini təmsil edir. Oyunlarını Gundadalur Stadionunda keçirir və Farer Adaları Premyer Liqasında (Betrideildin) oynayır. HB adının mənası Havnar Bóltfelag və yaxud tərcümədə Port Futbol Klubu deməkdir. Havn sözü Torshavn şəhərinin adından götürülüb.
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Tanusri Şankar rəqs qrupu
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.