Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bahavar (Əbhər)
Biyavar (fars. بهاور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (10 ailə).
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. == Haqqında == Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.
Anna Haava
Anna Haava (est. Anna Rosalie Haavakivi 15 oktyabr 1864[…] – 13 mart 1957[…], Tartu) — Estoniya şairəsi və tərcüməçisi, Estoniya SSR xalq yazıçısı. == Bioqrafiyası == Tartu qəzasındakı Haavakivi fermasında kəndli ailəsində anadan olub. Ata kəndli ziyalılarından idi, buna görə də evdə kitablar və qəzetlər həmişə oxunurdu. Atası skripka çalırdı. O, Vanemuine Teatr Cəmiyyətinin iclaslarında iştirak edir və Tartu Əkinçilik Cəmiyyətinin üzvü idi. Anna 5 yaşında olanda ailəsi əmanətlərini bir qohumuna həvalə etdi ki, fermanı sahibindən alsın, ancaq Annanın ailəsinin evini öz adına yazdığından ailə evini itirməli olur. Ancaq buna baxmayaraq Anna yaxşı bir təhsil alır. Əvvəlcə alman ibtidai məktəbində oxuyur. Ancaq o burada alman Espenşteyn soyadını almaq məcburiyyətində qalır.