Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mozaika
Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür.
Naviçella (mozaika)
Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır. XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir.Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır. Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir. == Mövzu == Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir: == Təsviri == Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir. Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır. Stefaneskinin nekroloqunda qeyd edilən məlumata görə mozaikanın hazırlanması 2.200 florinə başa gəlmişdi.
Tsukasa Hosaka
Tsukasa Hosaka (3 mart 1937, Kofu – 21 yanvar 2018, Kofu) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.
Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. == Haqqında == Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës}) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker(en) sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.