Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Horovits
Vladimir Samoyloviç Horovits (ing. Vladimir Horowitz) — yəhudi əsilli sovet və amerika pianoçusudur. Musiqi tarixinin ən görkəmli pianoçularından biridir. == Bioqrafiyası == 1903-cü ildə Kiyevdə mühəndis və iş adamı, sonradan (1912) elektrik avadanlıqları satan şirkətin sahibi Samuil İoaximoviç Horovitsin (1871-1940) və onun həyat yoldaşı V.V. Puxalski adına Kiyev Musiqi Texnikumunun məzunu Sofiya (Sonya) Yakovlevna Horovitsin (1872-) 1930 ) ailəsində anadan olub. Atanın doğum şəhadətnaməsində (1871) onun Berdiçevdən olan ikinci gildiya taciri Yoahim Samuiloviç Horovitsin oğlu olduğu göstərir. Valideynləri 1894-cü ildə evlənmişdilər. Ailənin Kiyevdə doğulmuş, əvvəl Kiyev Musiqi Kollecində, sonra Konservatoriyada musiqi təhsili alan dörd övladı var idi: Yakov (1895-1915), Regina (1900-1984) və Vladimir - pianoçu, Qriqori (1901-1945) isə - skripkaçı idi. Vladimirə (eləcə də digər övladlarına) musiqi sevgisini aşılayan anası idi. Əvvəlcə anası özü Vladimirlə məşğul olurdu. O, 1913-cü ilin yanvarında (həmin ilin yayında konservatoriyaya çevrilən) Kiyev Musiqi Məktəbinə daxil olur.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zornitsa buxtası
Zornitsa buxtası (bolq. залив Зорница, ‘Zaliv Zornitsa’ \'za-liv zor-'ni-tsa\) — 7 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 3.1 km şimalda yerləşmişdir. Rove burnu ilə Skesa burnu arasında, II İohann pavel yarımadasından qərbdə yerləşmişdir. Buxta şimal-şərqi, cənub-şərqi, cənub-qərbi Bolqarıstanda yerləşən Zornitsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Zornitsa buxtası 62°34′10″ c. e. 60°50′50″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
İrvinq Lyuis Horovits
İrvinq Lyuis Horovits (ing. Irving Louis Horowitz; 25 sentyabr 1929, Nyu-York, Nyu-York ştatı – 21 mart 2012, Prinstom, Nyu Cersi) — ABŞ sosioloqu, yazıçısı, professoru. O, öz sahəsində geniş yazılar dərc etmiş və dərslər demişdir. Horovits Argentina, Hindistan, Yaponiya, Meksika, Kanada və Rusiya universitetlərində dərs demişdir. O, 1994-cü ildə nəşr etdirdiyi "Professing Sociology" kitabı ilə tanınır və o, burada, sosiologiyanın həddindən artıq ideoloji nəzəriyyəyə üstünlük verilməsi və siyasətə açıq-aşkar diqqət verilməməsi səbəbindən tənəzzülə uğradığını iddia etmişdir. == Seçilmiş əsərləri == The Anarchists (1964) Winners and Losers: Social and Political Polarities in America (1984); a criticism of left-wing fascism Cuban Communism: 1959–2003. 11th edition. The Long Night of Dark Intent: A Half Century of Cuban Communism. Transaction Publishers (2011). The War Game, Transaction Publishers (2013), Edited and with a new Introduction,"Conflagration and Calculation," by Howard G. Schneiderman Professing Sociology: Studies in the Life Cycle of the Social Sciences, Transaction Publishers (2014), with a new Introduction — "Fugitive Thoughts Tamed," by Howard G. Schneiderman == İstinadlar == == Əlavə ədəbiyyat == Martin, Douglas.