Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Qranita
Nanəli qranita (it. Granita) Siciliyalı desert. Buzlu, şəkərli, meyvə qarışıqlı desertidir. Şərbətdən daha qatı struktura malikdir. Kulinar Djefri Steynqarten qeyd edir ki, desertin qatılığı yerindən asılı olaraq dəyişir. Müxtəlif cür qranitalar müxtəlif cür hazırlanır. Belə ki, daha yumşaq formada olanı əsasən dondurma maşınlarında, daha bərk olanları isə soyuducuların dondurucu hissəsində hazırlanır. Çünki onlar daha kristallik olmalıdırlar. Limonlu, portağallı sok, çərəzlər, badam, kofe, nanə, jasmin, mövsümi giləmeyvələrdən istifadə edilir. Bəzən şərab və ya digər bərk alkoqollu içkilər də əlavə edirlər.
Aqneş Hranitski
Aqneş Hranitski (tam adı: Aqneş Hranitski, mac. Ágnes Hranitzky; 4 iyul 1945) — Macarıstan rejissoru və montajçısı. Həyat yoldaşı Bela Tarr ilə uzunmüddətli əməkdaşlığına görə tanınır. == Fəaliyyəti == Hranitski kino sahəsində fəaliyyətə 1970-ci illərdə macar filmlərinin montajçısı kimi başlamışdır. 1981-ci ildə "Yad adam" filmini montaj edərək Bela Tarr ilə əməkdaşlığa başlamışdır. O vaxtdan Tarrın bütün filmlərini montaj etmişdir. 2000-ci ildə "Verkmeyster harmoniyası" ilə Hranitski Tarrın filmlərinin ikinci rejissoru kimi görünməyə başladı. 2007-ci ildə o, Tarrın baş rejissoru olduğu "Londonlu adam" filmində yenidən ikinci rejissor kimi fəaliyyət göstərdi. Film 2007 Kann kinofestivalında nümayiş olundu. O, 2011-ci ildə "Turin atı" filmində yenidən ikinci rejissor kimi görünür.