Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sentosa
Sentosa və ya Blakanq-Mati (ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙) — Hind okeanında yerləşən, Sinqapura məxsus ada. Tropik Sentosa adası Sinqapurdan beş yüz metr cənubda yerləşir. Adanı Sinqapurdan Keppel boğazı ayırır. Sentosa malay dilində «sakitlik» mənası deməkdir. Sentosa asiyanın Disneylendi hesab olunur. Adada dünyanın ən böyük əyləncə mərkəzlərindən biri, eləcədə bir çox görməli yerlər: Siloso fortu, Dəniz həyatı okeanariumu, Merlion heykəli və s. var.
Sənxast
Sənxvast- İranın Şimali Xorasan ostanının Cacərm şəhristanının Colgə Sənxvast bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,009 nəfər və 590 ailədən ibarət idi.
Şenonso qəsri
Şenonso qəsri (fr. Château de Chenonceau) — Fransanın Endr və Luara departameninin eyniadlı şenonso kəndində yerləşən orta əsrlər qəsr-muzeyi. Şenonso adlı böyük bir ərazinin ilk öncə sahibi De Mark adlı şəxs olmuşdur. Sonra o, bu ərazini maddi çətinliklərlə üzləşməsi nəticəsində hissə-hissə satmaq qərarına gəlmişdir. Tomas Boye adlı şəxs bu ərazini almış və onun yeni sahibi olmuşdur. Tomas bu ərazidə tikilmiş qəsri yeni üslubda tikdirmək qərarına gəlir və köhnə qəsri uçuraraq onun yerində yeni, gözəl Renassans stilində bir qəsr tikdirir. Qəsrin ətrafında isə çöx gözəl ağac və gül- çiçək bağları saldırır. Bu qəsrin tikintisinə Tomasın arvadı rəhbərlik edir və o, öz zövqü ilə tikintiyə bir çox əlavələr etdirir. Şenonso qəsri öz gözəlliyi ilə sanki cənnəti xatırladırdı. Qəsr tikilib başa çatdırıldıqdan sonra neçə-neçə qadınların könlünü fəth edir.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Şennon Vudvord
Şennon Mari Vudvord (ing. Shannon Marie Woodward; 17 dekabr 1984, Finiks) — ABŞ aktrisası.
Sinyaya veçnost (mahnı)
Sinyaya veçnost - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının sözləri və bəstəsi Müslüm Maqomayeva, aranjemanı isə Qara Dərvişə aiddir.
Klod Elvud Şennon
Klod Elvud Şennon (Claude Elwood Shannon) – 30 aprel 1916-cı ildə “İnformasiya nəzəriyyəsi”nin banisi, amerikalı mühəndis və riyaziyyatçı. Klod Elvud Şennon anadan olmuşdur. Şennon ehtimal sxemləri, avtomatlar və idarəetmə sistemləri nəzəriyyələrinə böyük töhfələr vermişdir. "Rabitə nəzəriyyəsi"ni inkişaf etdirən K.Şennon kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İnformasiya nəzəriyyəsi rabitə kanalı ilə ötürülən informasiyanın ölçülməsi problemini həll etdi. 1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif etdi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Kotelnikov-Şennon teoremi
Kotelnikov-Şennon teoremi - Rəqəmsal idarəetmə sistemlərində (Digital Signal processing) diskretləşdirilən fasiləsiz siqnalı əvəz edən impulslar ardıcıllığının bərpa edilməsi üçün istifadə edilən teorem. Diskretləşdirmə intervalının qiyməti lazım olduğundan kiçik seçildikdə idarəetmə sisteminin keyfiyyətinə xələl gətirmir, lakin, izafi hesabatlara səbəb olur. Bu kəmiyyətin qiymətinin lazım olduğundan böyük seçilməsi isə məlumat itkisinə və nəticədə sistemin pisləşməsinə səbəb olur. Diskretləşdirmə intervalının qiyməti elə seçilməlidir ki, diskretləşdirilən fasiləsiz siqnal onu əvəz edən impulslar ardıcıllığından bərpa edilə bilsin.