Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sikuta durnaotu
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Cicuta
Subaldırğanı (lat. Cicuta) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik su, yaxud bataqlıq bitkisidir. Lələkşəkilli yarpaqları uzun saplaqlıdır. Xırda ağ çiçəkləri mürəkkəb çətirdə yerləşir. Meyvəsi dəyirmidir. Əsasən, Şimali Amerikada 10 (başqa məlumata görə 20-dək) növü var. Ən zəhərli bitkilərdən biridir. Payızda və yazda onunla qidalanan ev heyvanlarının (qaramal, qoyunlar) zəhərlənməsinə səbəb olur.
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda — Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Şibuya
Şibuya — Tokionun xüsusi rayonlarından biri. Biznes rayonudur. Şibuya çox izdihamlı bir rayondur və ərazidə çoxlu göydələnlər var. Rayonda yerləşən Şibuya stansiyası Tokionun ən işlək qatar stansiyalarından biridir. Gənclər üçün şəhərin ən əhəmiyyətli yerlərindən biri olan Şibuya rayonu; İnkişaf etmiş quruluşu, kafeləri və dünyaca məşhur mağazaları ilə seçilir. Burada məşhur it Haçiko hadisəsi baş verib.
Şikotan
Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir. Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Gmelina sinuata
Gmelina arborea (lat. Gmelina arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin gmelina cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Gmelina rheedei Hook.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mequmi Sakata
Mequmi Sakata (d. 18 oktyabr 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib.
Mikura adası
Mikuracima adası (yap. 御蔵島) — Sakit okeanda yerləşən vulkanik ada. İzu adaları tərkibinə daxildir. Tokiodan 200 km, Miyakecima adasından 22 km cənubda yerləşir. Ada 11 km uzunluğa, 8 km enə malikdir. Ən hündür zirvəsi Oyama dağıdır (yap. 御山). Adada əhali Mikuracima kəndində cəmləşmişdir.
Nikita Biçurin
Nikita Yakovleviç Biçurin (29 avqust (9 sentyabr) 1777[…], 27 avqust 1777 və ya 1777 – 11 (23) may 1853[…], Sankt-Peterburq) — türkoloq, Pravoslav Rusiya kilsəsi (1802–1823) arximandriti; şərqşünas və səyyah, Çin dili biləni, rus çinşünaslığının banilərindən biri, ümumavropa şöhrətini almış birinci rus çinşünası. Milliyətcə çuvaşdır. XIX əsrin rus şərqşünası, türkoloqu bir çox Asiya xalqlarının tarixinə dair məlumatlar toplamış N. Y. Biçurin (İakinf) isə Oğuz xanın tarixi şəxsiyyət olmasını birmənalı şəkildə təsdiqləyir və onun eramızdan əvvəlki III–II minilliklərdə yaşadığını göstərir. Записки о Монголии. Т.1–2 . — СПб., 1828. — 339 с. История первых четырех ханов из дома Чингисова. — СПб., 1829. Описание Чжунгарии и Восточного Туркестана в древнем и нынешнем состоянии.
Nikita Boqoslovski
Nikita Vladimiroviç Boqoslovski (rus. Никита Владимирович Богословский; 9 (22) may 1913, Sankt-Peterburq – 4 aprel 2004, Moskva) — Sovet və Rusiya bəstəkarı, dirijor və pianoçu, SSRİ xalq artisti (1983). Nikita Vladimiroviç Boqoslovski 22 may 1913-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1930-cu ildə Leninqrad konservatoriyasının eksternat sinfinə daxil olmuş və 1934-cü ildə orada A. Qlazunovun sinfini müvəffəqiyyətlə başa vurmuşdur. Onun bəstələdiyi musiqilər bir çox məşhur filmlərdə səslənmişdir. "İki döyüşçü", "Qırıcı təyyarələr", "Aleksandr Parxomenko", "Böyük ömür", "Müxtəlif talelər" kimi ekran əsərləri onların sırasına aid edilə bilər. Onun musiqilər bir çox animasiya və sənədli filmlərdə və müxtəlif tamaşalarda da işlədilmişdir. Boqoslovskinin musiqisində o, bir istedadlı bəstəkar kimi öz şəxsi fikirlərini ifadə edirdi. O, 1983-cü ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdü. Bəstəkar Nikita Vladimiroviç Boqoslovski 4 aprel 2004-cü ildə vəfat etmişdir.
Nikita Katsalapov
Nikita Kuffe
Nikita Kuffe (26 sentyabr 1979, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Nikita Kuffe, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Nikita Kuffe, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Nikita Kuffe, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Nikita Mixalkov
Nikita Sergeyeviç Mixalkov (rus. Никита Сергеевич Михалков; 21 oktyabr 1945, Moskva) — Sovet kino rejissoru, ssenaristi və aktyoru, RSFSR xalq artisti (1984), Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatı laureatı (1994). Nikita Sergeyeviç Mixalkov 21 oktyabr 1945-ci ildə Moskvada anadan olmuşdur. Natalya Konçalovskaya və Sergey Mixalkovun oğludur. Doğma qardaşı Andrey Konçalovski da Rusiya kinorejissorudur. 1956–1959-cu illərdə Nikita Moskva konservatoriyası nəzdində olan Mərkəzi musiqi məktəbində fortepiano sinfində oxumuş, Stanislavski adına Dram teatrının teatr studiyasında çalışmışdır. 1963-cü ildə Şşukin adına Teatr məktəbinə daxil olur. 1966-cı ildə isə dördüncü kursda oxuyarkən Mixalkov kino çəkilişlərində iştirak etdiyinə görə oradan xaric edilmişdir. O vaxtlar belə işlər tələbələrə qadağan edilmişdi. Buna görə də o, ÜDKİ-nin rejissorluq fakültəsinin ikinci kursuna keçir.